Bunları bilirsinizmi?
Xanımlar karantin günlərində üz dərisinin quruluğundan, baxımsızlıqdan şikayətlənirlər.
Rakus.az xəbər verir ki, ev şəraitində mətbəxdə olan ərzaqlarla da dərinizə qulluq edə bilərsiniz. Hər gün bir maska hazırlayıb üzünüzə çəksəniz, dəriniz də təravətlənəcək:
10 qram mayanı 1 çay qaşıxı xama ilə qarışdırıb, üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyub, nəmləndirici krem çəkin.
Türk qəhvəsini dəmləyib dibində qalan toz formasındakı ovuntunu üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra yuyun.
Kartofu və yaşıl almanı sürtgəcdən keçirib qarışdırın. Üzə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyun.
1 bananın yarısını əzib, 1 çay qaşığı bal və qatıq töküb qarışdırın. Üzdə 10 dəqiqə saxladıqdan sonra yuyun.
Bu maskalar dərini cavanlaşdırır, liftinq effekti verir.