skip to Main Content
Mədəni 02.07.2020 19:13

“Həmişə qanımız qaynayır…”

“Biz başqa xalqlara nəzərən bir qədər duyğulu, istiqanlı xalqıq, duyğularımızı başqalarına nisbətdə daha çox büruzə verməyi xoşlayırıq”.

Rakus.az xəbər verir ki, bunu APA -ya açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

O bildirib ki, bizdə bu xüsusiyyətimizdən qaynaqlanan sanki bir çəkingənlik də var: “Həmişə qanımız qaynayır deyə, görüşəndə sarılmağı, qucaqlaşıb öpüşməyi kənara qoya bilmirik. Biz də belə xalqıq. Nə edək? Bu gün, bu pandemiya dövründə bu xasiyyətimizi birdən-birə dəyişdirmək əlbəttə bizə çətin gəlir. Amma nə edək? Qoyulan qaydalara mütləq əməl etməliyik. Dəfələrlə bu barədə demişəm, çünki bizim övladlarımız, gələcəyimiz var. Yaxşı, deyək ki, boş şeydir, inanmırıq, buna görə də özümüzü qorumuruq. Amma biz tək deyilik axı. Əgər özümüzü nəzərə almırıqsa, gələcəyimizi nəzərə alaq. Axı biz övladlarımız üçün canımızdan keçməyə hazır olan xalqıq. Niyə görə əhli-keflik edirik?”.

Xalq artisti yay fəsli ilə əlaqədar insanların bayıra çıxmaq, dənizə, sərin bölgələrə getmək istəklərini anladığını da vurğulayıb:

“Amma heç olmasa, duyğularımızı bir balaca kənara qoyaq, səbrlə hərəkət edək ki, xəstələnməyək. Mən hardasa məcbur qalıb qaydaları pozanları başa düşürəm, məcbur olub evinə bir parça çörək aparmaq üçün çölə çıxanları demirəm, bəs məcbur olmayanlar niyə bunu edir, qaydaları pozurlar? Elə ailələr var ki, məhrumiyyətlərə baxmayaraq, hər şeyə dözür, səbr edir. Elələri də var ki, evində hər şəraiti var, bununla belə, qaydaları yenə pozurlar. Biz artıq böyüməliyik, uşaq kimi özümüzü aparmayaq. Heç olmasa, ciddiləşək. Bəziləri arada zarafata salırlar, düzdür, zarafatsız da keçinmək olmur, bunu da başa düşürəm, amma unutmayaq ki, bu ciddi xəstəlikdir, zarafatın da öz yeri var, ciddi yanaşmalı, özümüzü qorumalıyıq”.

Z. Xanbabayeva insanlardan səbrli olmağı rica edib:

“Mən xalqımızdan tələb edə bilmərəm, yalnız rica edərəm. Xalq artisti, müğənni, tanınmış bir adam kimi yox, bu xalqın bir nümayəndəsi kimi xahiş edirəm, özünüzü qoruyun, nə qədər bacarırsınız özünüzü qoruyun ki, sabah peşmanlıq olmasın. Bəzən məndən soruşurlar, sən səbr edirsən? Əlbəttə, edirəm. Düzdür, darıxdığım zamanlar da olur. Məsələn, təyyarəyə minmək üçün çox darıxıram. Mən təyyarəni çox sevirəm. Amma indi nə edək? Əgər bütün dünya buna dözürsə, biz də dözək, özümüzə səbr aşılayaq, qoyulan qaydaları qulaqardına vurmayaq. Hər gün nə qədər yoluxma olur. Cahillik, savadsızlıq etməyək, anlayaq ki, nəinki biz, bütün dünya ciddi bir təhlükə ilə üz-üzədir. Səbir edin, məsafə saxlayın, evdə qalın, maska taxın. Başa düşürəm bunları demək asandı, lakin əməl etmək, xüsusən yayda əməl etmək çox çətindir. Amma inanıram ki, bu bəladan üzüağ, alnıaçıq çıxarıq. Mən yenə deyirəm, biz istiqanlı xalqıq, görüşəndə sarılmağı, öpüşməyi sevən xalqıq. Hələlik bunları bir kənara qoyaq, səbrimizi basaq. İnşallah o gün də gələcək, bir-birimizi sarılacağıq, bağrımıza basacağıq. Bu gün isə sosial məsafə saxlayaq, maska taxaq ki, o gözəl günlərə salamat çıxa bilək”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Back To Top
×Close search
Axtar