“Qızlar ərə gedəndə ana deyir ki…”
“Fonoqramı sevmirəm. Ölü musiqidir. Hislərini büruzə verə bilmirsən. Amma bəzən konsertlərdə görürsən ki, aparatlar yaxşı deyil. Ən yaxşısı elə fonoqramla təmiz musiqi çatdırmaqdır. Bizim bununla problemimiz var”.
Rakus.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səbinə Babayeva “İnstaqram”da canlı yayımda deyib.
Müğənni fonoqramla oxumağı sevmədiyini deyib.
S.Babayeva sevgidən bəhs edib. Bir müddət əvvəl həyat yoldaşından ayrıldığını açıqlayan ifaçı gənc qızlara məsləhətlər verib. O, indiki qızların ailə yox, əyləncə düşündüyünü deyib:
“Burada məsləhət verəcəyim çox az məsələ var. İndi dünya qlobal bir problem içindədir. Bu problem musiqiyə, ailəyə, uşaqların tərbiyəsinə, bir sözlə hər şeyə təsir edir. İnsanların təqdimatı və qəbullanmağı dəyişib. İnsanlar bir-birini anlamaq və səbr etməyi bilmirlər. Nəyinsə xatirinə nələrəsə dözmək istəmirlər. Kompramisə getmək istəmirlər. Asan pul əldə etməyi arzulayırlar. Məhsulun keyfiyyəti onlar üçün önəmli deyil, əsas puldur. Uğur üçün qısa yol tapmaq istəyirlər. Çox şey olmalı olduğu, nənə və babalarımızın yaşadığı kimi deyil. Ona görə də boşanmalar və ayrılıqlar çoxdur. Biz fərqliyik.
Qızlar ərə gedəndə ana deyir ki, əgər nəsə yolunda getmirsə, çemodanı yığ və məni çağır, səni götürək. Ola bilsin kim üçünsə bu doğrudur. Mənə görə yox… Qızlara izah etmək lazımdır ki, filmə, restorana, dostlarla əylənməyə getmək fərqli yoldur. Əgər ərə getmək, ana, həyat yoldaşı olmaq istəyirsənsə, fərqli yoldur. Qızlar düşünür ki, ərə gedib, divanda oturub, öpüşüb və səyahətlər edəcəklər. Ailə fərqlidir.
Gənclərə demək istəyirəm ki, kökünüzü, hardan gəldiyinizi unutmayın. Ənənənizi unutmayın. Xaricdə yaşayan gəncləri görəndə təəccüblənirsən, onlar çox dəyişiblər. Valideynlərə qulaq asın. Özünüzü qoruyun, spirtli və enerji içkilərindən, narkotikdən uzaq olun. Siqaret çəkməyin”.