Əməkdar müəllim PREZİDENTDƏN kömək istədi - FOTO
Əməkdar müəllim, “Tərəqqi” medallı, məcburi köçkün Cəbrayıl Şıxəliyev hüquqlarının pozulduğunu bildirərək, onun bərpası üçün Respublika Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Rakus.az saytın elektron ünvanına göndərilən müraciəti olduğu kimi dərc edir.
Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə,
Mən Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir əvəzi ( indi müdiri ) Bağırov Eşqi Cəfər oğlunun mənimlə qərəzli mövqedə olaraq yanlış informasiyası ilə haqqımda ədalətsiz qərar çıxarılmasına nail olması barədə Sizi narahat etmək məcburiyyətində qalmışam.
E.Bağırov 19 oktyabr 2017-ci ildə Nazirlikdə məni qəbul edərək birbaşa təhdid etmiş, Zəngilan rayonundakı 4 №-li məktəblərin tipini belə bilmədən ( rayonda 2 məktəb 4 №-lidir: biri tam orta məktəb, digəri ümumi orta məktəb ) mənə rəhbərlik etdiyim məktəbə aidiyyatı olmayan suallar verərək məqsədini ortaya qoymuşdur. Ümumiyyətlə, özünü Təhsil Nazirliyinin işçisi kimi aparmamış, sonda o vaxtkı
nazir M.Cabbarova yanlış informasiya verərək istəyinə nail olmuşdur. Onun mənə ilk müraciəti bu olub: Bilirsən da, yanvardan əmək haqlarınız artır, biz səninlə niyə müqavilə bağlamalıyıq ki? Müraciətindəki məmura xas olmayan kobudluğa fikir verin, ən azı titullarım onun qarşısındaydı, bəlkə atasından da böyük olduğumu hiss etməmiş deyildi.
E.Bağırovun qərəzli xidməti məlumatı əsasında mənimlə bağlanmış əmək müqaviləsinə o vaxtkı nazir M..Cabbarovun imzasıyla 24.10.2017-ci il tarixdə – 66 yaşım tamam olan gün xitam verilmişdir. Ondan 57 gün sonra – 20.12.2017-ci il tarixdə TN-nin razılığı ilə öz işimə bərpa olunmuşam, mənimlə 3 ay müddətinə müqavilə bağlanmışdır. 22.12.2017-ci il tarixdə məktəbdə Pedaqoji Şura keçirilmiş, Şura üzvləri bu qərarı yekdilliklə bəyənərək TN-nə minnətdarlıq məktubu tərtib etmiş, 26 dekabrda sifarişli formada göndərilən həmin məktub 30 dekabrda TN-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. (34 nəfərin imzaladığı həmin məktubu Sizə ünvanladığım ərizəmə əlavə edirəm)
Təhsil Nazirliyinin razılığı ilə vəzifəmə təkrar bərpa edildikdən qısa müddət sonra – 12.01.2018-dən 01.02.2018-dək məntəqə sədri kimi seçici siyahılarının dəqiqləşdirilməsinə cəlb olundum, 08.02.2018-dən respublikada böyük siyasi kampaniyaya-Növbədənkənar Prezident seçkilərinə start verildi, mən də həmin prosesdə fəal iştirak etdim. Seçki bitən günün sabahı – 12.04 2018-ci il tarixdə mən 30.06.2018-dək əmək müqaviləmin uzadılması barədə RTŞ müdiri əvəzi Ənvər Məmmədovun tapşırığını aldım. Hərçənd ki, yazılı əmr həmin tarixə qeyd olunsa da, 26.04.2018-də səhər saatlarında rəsmi qaydada verildi. (Axşam saatlarında da eyni nömrəli əmrlə əvvəlki əmr təkzib edilərək təzə formatda tərtib edildi: Müqaviləmə xitam verildi, vəzifəm müavinə həvalə edildi. Aprel ayında daxili əmrlər, əməkhaqqı cədvəlləri, tablelər mənim imzamla təsdiq olunub, həm RTŞ-də, həm də 1 saylı ƏMHM-də bu gün də durur.
E.Bağırov Zəngilan RTŞ-nin TN-nə ünvanladığı 05 oktyabr tarixli 149A № – li məktubunu heçə sayaraq 1 saylı ƏMHM-nin 2 cümləlik heç bir məntiqə və tamlığa söykənməyən məktubundan öz qərəzli niyyətinə dəstək olaraq istifadə etmişdir ( № 1424 ; 11.10.17 ). Həmin bədnam məktubda deyilir:
” Zəngilan rayon 4 nömrəli tam orta məktəbin direktoru Şıxəliyev Cəbrayıl Əli oğlu 1994-cü ildən təhsil müəssisəsinə rəhbərlik edir. Son dövrlər Təhsil sahəsində müasir texnologiyaların və kompyuter proqramlarının tətbiq olunduğunu nəzərə alaraq, C.Şıxəliyevin əmək müqaviləsinin uzadılmasını məqsədəmüvafiq hesab etmirik.” Sual olunur: işlədiyimiz 2 ildən artıq bir müddətdə bir dəfə də şəxsən təmasda olmadığım, üzbəüz görüşmədiyim bir adam bu saçma-sapan 2 cümlənin altından necə imza ata bilər? Əgər bu müddət ərzində məktəbin təlim-tədris prosesində, maliyyə-uçot məsələlərində bir problem olsaydı, mütləq mənimlə şəxsi görüşü vacib sayardı. Olmayıb. Deməli, məktəbdə hər şey öz axarında gedib. Təqdim etdiyim bütün maliyyə sənədləri, hesabatlar hamısı özüm tərəfimdən kompüterdə nəfis şəkildə yığılıb. Bu mənim kompüter savadımı nə vaxt, harada yoxlayıb və ya yoxlatdırıb ki, belə qənaətə gəlib? Axı niyə də olmalıydı?! 1saylı ƏMHM-nin Zəngilan RTŞ-dəki nümayəndəsi A.Əhmədovu Zəngilan RTŞ-nə öz əmri ilə baş məsləhətçi təyin eləmişdi. İki ildə bütün maliyyə sənədləşmə işlərini məhz Asif Əhmədov vasitəsiylə regional idarəylə həll edirdim, eləcə də digər Zəngilan rayon məktəbləri. Zəngilan RTŞ müdirinin yazılı sorğusuna cavab olaraq mənim haqqımda həmin Asif Əhmədov müsbət rəyini rəis E.Süleymanovun imzaladığı bədnam məktubdan xeyli əvvəl (02.10.2017) vermişdir.
“ Zəngilan RTŞ-nin müdiri Z.S.İbrahimova. Sizin 02 oktyabr 2017-ci il tarixli 146A nömrəli məktubunuzla əlaqədar bildirirəm ki, 4 nömrəli tam orta məktəbin ditrektoru,” Əməkdar müəllim “ Şıxəliyev Cəbrayıl Əli oğlu həmişə bizimlə əlaqəli işləmiş,öz işinə vicdanla və məsuliyyətlə yanaşmış, ona verilən hər bir tapşırığı layiqincə yerinə yetirmiş və mühasibatlıq sənədlərini tələb olunan vaxtda 1 saylı ƏMHM-nin Zəngilan rayonu üzrə əməkdaşlarına təqdim etmişdir. Şıxəliyev Cəbrayıl Əli oğlu ilə işlədiyim müddət ərzində onu nümunəvi bir direktor kimi tanıyıram. Nəzərə almağınızı xahiş edirəm.”
Möhtərəm cənab Prezident, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir əvəzi E.Bağırovun mənə qarşı olan kini və qərəzi bu iki məktubdakı ziddiyyətdən açıq-aşkar görünür. Zəngilan RTŞ müdirinin A-4 formatda tam bir vərəq həcmində Təhsl Nazirliyinə ünvanladığı, 1 saylı ƏMHM-nin rəisinin və onun RTŞ-dəki nümayəndəsinin məktublarının surətlərini, 1 saylı ƏMHM nin 1424 № – li məktubunun əsassız olduğunu isbatlayan SERTİFİKATIN surətini də ərizəmə əlavə edirəm.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 180 №-li qərarı ilə təsdiq edilmiş və Eşqi Bağırov tərəfindən saya salınmayan meyarlarda deyilir:
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:
1.1. Azərbaycan Respublikasının orden, medalları ilə təltif edilmə.
1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə.
Göründüyü kimi,Meyarların 1.1,1.2 bəndləri birbaşa mənə şamil edilməlidir, özü də 70 yaşdan sonra.
Əfsuslar olsun ki, E.Bağırovun qərəzli xidməti məlumatından sonra 66 yaşımda müqaviləmə xitam verilmişdir. Onun 69 yaşlı müavinlə əmək müqaviləsinin uzadılması tələbinə əməl edə bilməməyim ( direktor müavinləri ilə əmək müqaviləsinin uzadılması RTŞ-nın səlahiyyətinə aid bir məsələdir və RTŞ müdiri də onunla müqaviləni uzatmaqdan qətiyyətlə imtina etmişdir ) E.Bağırov özünə sayğısızlıq kimi qəbul etmiş, mənimlə düşmənçilik mövqeyində durmuş, oz yersiz, əsassız prinsiplərini həyata keçirmək üçün əlindən gələni etmiş və bu gün də etməkdədir.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi haqqında 15 mart 2017-ci il tarixli 54 №-li əmrlə təsdiq olunmuş QAYDAların 2-ci bəndinin 2.3-cü maddəsində deyilir : Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 – 1 maddəsi
və TN-nin 15.07.2011-ci il tarixli 1404 №-li əmri ilə müəyyəmləşdirilmiş tələblər və meyarlar:
1.Son bir ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi – nəinki son bir ildə, əmək fəaliyyətinə başladığım 1974-cü ildən üzü bu yana intizam tənbehi nədir, bilmirəm, əksinə, ardıcıl olaraq əlaqədar idarə və təşkilatlar, hətta Təhsil Nazirliyinin özü tərəfindən fəxri fərmanlara,diplomlara layiq görülmüşəm.
2.Dövlət təltifləri ilə təltif edilməsi – 2 dəfə təltif edilmişəm: 2010-cu ildə”TƏRƏQQİ”medalı ilə, 2016-cı
ildə “Əməkdar Müəllim” fəxri adıyla.
3. Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi – iki dəfə attestasiyadan müvəffəqiyyətlə keçmişəm.
4. Səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda – imkan verir, şükür sağlamam.
5.İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması – ən yüksək dərəcədə malikəm, RTŞ-nin Təhsil
Nazirliyinə ünvanladığı məktublarında da bu barədə yetərincə qeydlər var.
6.Həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməlidir gözlənilib. Məndən savayı, 2 ingilis dili müəlliminin biri 26, digəri 33 saat sırf ingilis dili dərsi ilə təmin edilib.
QEYD: İşçinin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə nəzərə alınmalıdır. Zəngilan rayonunda məktəb direktorları, onların müavinləri, UBT rəhbərləri, praktik-psixoloqlar diaqnostik qiymətləndirməyə buraxılmayıblar. Niyəsi bəlli deyildi. Məktəbdə tədrisin keyfiyyəti, nizam-intizam hər zaman yüksək səviyyədə olub. 1994-cü ildən bu yana bir dəfə də olsun, məktəbdən yuxarı təşkilatlara nə yazılı, nə də şifahi narazılıq halına rast gəlinməyib. İdarəçilik hər zaman ədalətə, qanun-qaydaya, dövlətçilik prinsiplərinə əsaslanıb. Ali məktəblərə qəbul zamanı məktəbimiz Zəngilan rayon məktəbləri içərisində həmişə müsbət mənada seçilib, bu gün də elədir.
Məktəbdə həmişə çoxsaylı ali qonaqlarla görüşlər təşkil edilir. BMT-nin Qaçqınlar üzrə ali komissarı ilə 2 dəfə, ABŞ-ın Azərbaycandakı son 2 səfiri ilə – Riçard Morninqstar, Robert Sekuta və onların xanımları ilə, Estoniyanın Baş naziri, Kanada Seyminin üzvü, İranın Azərbaycandakı səfiri ilə və s.məktəbdə şəxsən görüşüb onlarla tərcüməçisiz ünsiyyət yaradaraq başımıza gətirilən bəlaları faktlarla izah etmişəm. Məktəbdə hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl işlər aparılır. Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədovla keçirilən görüş, Milli Qəhrəman Riyad Fikrət oğlu Əhmədov, general-mayor Məhəmməd Nəbi oğlu Əsədov haqqındakı xatirə gecələri, onların döyüş yoldaşlarının və ailə üzvlərinin xatirələri şagirdlərin hafizəsində dərin izlər buraxmaqla, düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi istiqamətində öz faydasını da mütləq verəcəkdir. Təkcə yola saldığımız tədris ilində ali məktəblərə qəbul olunan 21 məzundan 3-ü 600-dən yuxarı bal toplayıb: ( 603,647,657 ); bir şagirdimiz Kalbalıyeva Səbinə Rasim qızı ulu öndərimiz H.Əliyevin 94-cü ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” layihəsində diploma layiq görülüb, məcburi köçkün həyatımızda EXON MOBİLE şirkətinin maliyyə dəstəyi ilə keçirilən və aylarla davam edən 8 didərgin rayonun qatıldığı ilk və hələ ki, son, dövlətin ən yuxarı səviyyədə təmsil olunan nümayəndələrinin maraqla izlədiyi “Azərbaycan dili və Azərbaycan əlifbası” adlı müsabiqədə (yekun mərhələ R.Behbudov adına Mahnı teatrında keçirilib) birinci yerə layiq görülüb bizim məktəb. Məzunlarımızın bir çoxu bizimlə çiyin-çiyinə pedaqoji fəaliyyət göstərir. Tibbin, sənayenin, iqtisadiyyatın müxtəlif sahələrində, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarımız var. TQDK-nın ( hazırda DİM ) illik hesabatlarında dəfələrlə məktəbimiz respublikanın, rayonun ən yaxşı məktəbi kimi qiymətini alıb. (Hesabatları təqdim edə bilərəm ). Müəllimlərin diaqnostik qiymətləndirilməsində də rəhbərlik etdiyim kollektiv ən yüksək nəticə ədə edənlərin sırasındadır. Hətta bir nəfər – Fərmanova Nabat Tariyel qızı ( ixtisasca ingilis dili müəllimi) mümkün 60 baldan 60-nı da toplaya bilmişdir. Uzun illərdir ki, siyasi kampaniyalarda ( mən həm də Azərbaycan Respublikası MSK-nın 125 saylı Zəngilan-Qubadlı DSK-nın 26 saylı məntəqəsinin sədriyəm), həm özüm, həm də rəhbərlik etdiyim kollektiv həmişə fəallığımızla seçilmişik, dövlətə, onun qayda-qanunlarına sədaqət nümunəsi olmuşuq.
E.Bağırova cənab nazir M.Cabbarova obyektiv xidməti məlumatı çatdırmağa daha hansı təlim-təhsil nailiyyətləri və ya digər göstəricilər lazım idi?! Bu gün razılıq verib müddətlərini uzatdığı adamları hansı “meyarlara” söykənərək nazirə informasiya ötürür?
Möhtərəm cənab Prezident, 2009-cu ilin noyabr ayının 17-də məktəbimizin açılışında şəxsən iştirak edərkən əlimi sıxaraq 2 cümlə dediniz: “Təbrik edirəm. Daha məsuliyyətli olmaq lazımdır”.
Minnətdarlığımı bildirərək o andaca tövsiyəni analiz edib nəticə çıxardım: deyirdiniz ki, məsuliyyətim olmasa, bu boyda obyekti mənə etibar etməzlər, amma əvvəlki məsuliyyətlə burda işləmək olmaz, onu artırmaq lazımdır. Elə də olub,cənab Prezident, dediklərinizə artıqlamasıyla əməl etmişəm. Minnətdaram, əvəzini də artıqlamasıyla qiymətləndirmisiniz: 04 oktyabr 2010-cu ildə 1133 №-li Sərəncamınızla “ TƏRƏQQİ “ medalına,04 oktyabr 2016-cı ildə 2364 №-li Sərəncamınızla “ Əməkdar müəllim “ fəxri adına layiq görmüsünüz.
Amma Təhsil Nazirliyində o vaxt təhsilin gələcəyi ilə bağlı çox məsul bir sektora rəhbərlik eşqi ilə yanan Eşqi Cəfər oğlu Bağırov kimi biri bunları anlaya bilmədi. Çünki o, Təhsil Nazirliyinə kimlərinsə himayəsi ilə gedib, onu çox aram və çətin qalxmağı vacib olan pillələrdə sürətlə qaldırıblar, indi də dövlət rəhbərinin, onun aidiyyəti qurumlarının Sərəncamları ilə təsdiq edilmiş sənədləri saymır , qərəzli və anlaşılmaz davranışı ilə Sizə, ulu öndərimiz H.Əliyevə çox yaxın olan zümrəni – müəllimləri narazı salır, incidir. Kifayətdir ki, 24.10.2017-ci il tarixli mənimlə bağlı ədalətsiz, qərəzli və məkrli “xidməti məlumat”ından sonra bir Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan 6 rayondan verdiyi, bu gün də davam etdirdiyi “xidməti məlumat”ların hansı hüquqi əsaslara söykənərək verildiyi təftiş edilsin. Eşqi Bağırovla 31 mart 2018-ci il tarixdə saat 16 00-da bir dəqiqə iki saniyəlik telefon danışığımda mənə elədiyi nalayiq hərəkətini, küçə sözləri ilə məni təhqir etdiyini də mənim mobil nomrəmdən ( 077 573 27 77 ) onun 050 289 89 88 nömrəli telefonuna bağlantsının səs qeydini çıxarıb dinləmək də olar.
Sual olunur: Doğrudanmı, bu adam elə güman edir ki, cənab Prezident onun mənə müraciətində dediyi kimi ( sən yekəbaşsan,ona görə səni orda işlətməyəcəyəm) bir insana“Tərəqqi”medalını, “Əməkdar müəllim “ fəxri adını verər, ya da yekəbaşlara Təhsil Nazirliyininin kollegiyasının qərarı və Təhsil Nazirinin imzasıyla “Fəxri fərman” verilərmi, yəni ki hər bir müəllimin arzusunda olduğu, fəqət çox az hissəsinin iştirak edə bildiyi Müəllimlər Qurultayına nümayəndə seçilə bilərmi ?!
Mən dəfələrlə aidiyyatı dövlət qurumlarının rəhbərlərinə onlayn müraciətlər, sifarişli poçt məktubları, teleqramlar, habelə şəxsi qəbullarda tədbir görülmək xahişi ilə müraciətlərim olub. Lakin müsbət cavab almamışam. Təhsil nazirinin 09 iyulda Balakəndə ətraf rayonların vətəndaşlarını qəbul edəcəyi barədə məlumatı sosial şəbəkədən əldə edən kimi teleqram vurub Balakənə getdim. Amma qəbul vaxtının 13-nə dəyişdirildiyini dedilər. 13 iyulda təkrar Balakənə getdim, qəbuldan öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydum, öz adımdan, ailəm adından. (1994-cü ilin oktyabrında H.Əliyevin xalqa müraciətnə cavab olaraq Prezident sarayının önündəki izdihama qatılanda, bütün gecəni Prezidentə dəstək olanda, (həmin anların video görüntüləri “ MİR “ telekanalının arxivindən izləmək bu gün də mümkündür) Eşqi Bağırov özünün dediyinə görə 126 nömrəli orta məktəbin aşağı sinif şagirdi olub, o məktəbin ki, indi haqqını tanı- madığı 4 nömrəli orta məktəb həmin məktəbin nəzdində 4 il fəaliyyət göstərib). Sonrası da … Eşqi Bağırovun gözümün içinə baxaraq nazirə müraciətimi əngəlləməsi məni qırdı. Bu əqrəb xislətli adam vərdişindən əl çəkmədi: cənab nazirə təkrarən mənim haqqımda, məktəb haqqında yanlış və qərəzli informasiya verdi. Düzdür,cənab nazir hər şeyin araşdırılacağına soz verdi. Böyük ümidim vardı, o da olmadı. Himayədarlarının köməyi ilə nazirlik pillələrini çox sürətlə qalxaraq hər şeyi maddiyyatda, tapşırıqda görmək prinsipini üstün tutdu, ölkə Prezidentinin, baş nazirin, tabeliyində olduğu Təhsil Nazirliyinin təsdiq etdiyi Qərar və Əmrləri təkrarən ayaqları altına atdı.
Respublikanın Əmək Məcəlləsinin 10-1 maddəsinə sayqısızlıq göstərdi, tabe olduğu nazirə gözümün içinə baxa-baxa təkrarən yanlış və qərəzli informasiya verməyə də cürət etdi. Qarşısında eyni məktəbdən iki müəllim vardı, hər ikisi də, cənab Prezident, Sizin tərəfinizdən təltif olunmuşdu. Haqqım uğrunda mübarizəmi dayandırdığını zənn elədi E.Bağırov. Məqsədi məni bezdirib haqq işimdən əl götürməyə vadar etmək idi, inşallah qanunlarla idarə olunan, ədalətli Prezidentə malik bir ölkədə buna nail ola biməyəcəyini də anlaması gərək idi.
Bu gün mənim gözlərim qarşısında Zəngilan təhsilində qəribə, əndrabadi oyunlar gedir. Qısa müddət ərzində dalbadal 4 təhsil şöbə müdiri dəyişdirilib və hər dəfə də sonrakı əvvəlkindən daha özbaşına.Bir gündə eyni nömrəli, eyni tarixli, fəqət bir-biri ilə daban-dabana zidd qərarlar verməyə də cürət edirlər bunlar. Bu haqda respublikanın Baş prokuroru cənab Zakir Qaralova da üç dəfə müraciət etmişəm, nəticə yoxdur. Təkcə ötən sentyabrda 10-a qədər məktəbə direktor əvəzi təyin edilən, əksəriyyəti də başqa məktəblərdən gətirilənlər direktorların işə qəbulu imtahanından belə keçməyiblər. ( Hələ onu demirəm ki, bu gün RTŞ müdiri vəzifəsini icraya yönləndirilən Miriyev Nəsib Təşkilat oğlu həmin DİQ-dən 10 bala çatmayan biabırçı nəticə göstərib). Belə şəraitdə həmin məktəblərə müvəqqəti təyin olunan direktorlar yalnız həmin məktəblərin oz müəllimlərindən biri və ya direktor müavini olmalıydı. Bu hal 4 nömrəli tam orta məktəbində daha kobud şəkildə pozulub: məktəb direktoru vəzifəsini icra edən direktor müvini, DİQ imtahanından keçən Muradova Yeganə Məhyəddin qızını tədris ilinin ən həssas vaxtında-dərslərin bitməsinə sayılı günlər qaldığı bir vaxtda – 04 may 2018-ci ildə qanunsuz şəkildə azad edərək həmin günədək bir dəfə də olsun əlinə jurnal alıb tam orta məktəbdə sinfə girməyən birini – Məmmədyarov Seymur Tofiq oğlunu 3 nömrəli ümumi orta məktəbdən 36 nəfərlik pedaqoji kollektivə direktor təyin etdilər. Halbuki o, DİQ imtahanında Y.Muradovadan 10-15 bal aşağı nəticə göstərmişdi. Deməli, nəsə başqa məqsədlər güdülürmüş. Bu hal 33 nömrəli məktəbdə də acınacaqlı olub. 9 nömrəli tam orta məktəbin direktor əvəzini həmin məktəbə direktor gətirirlər. Dərs ilinin yekununa sayılı günlər qalmış. Deməli, rayon Təhsil şöbəsinin müdiri Nəsib Miriyevin çirkin niyyətlərlə bu işləri görməsi əsaslı şübhələr yaratmırmı? Bunlardan Eşqi Bağırovun xəbəri olmadımı? Bu gün də rayonun 4, 24, 33 nömrəli tam orta məktəblərinin Təhsil nazirinin 19.03.2019. tarixli əmri ilə azad olunan direktor əvəzləri öz işlərinin davam etdirirlər. Aldığım məlumata görə, onlara son aylarda əməkhaqqı belə hesablanmır. Eşqi Bağırov, bir saylı ƏMHM-nin rəisi Elxan Süleymanov, RTŞ-nin müdiri vəzifəsini yola verən Nəsib Miriyev niyə susurlar? Niyə nazirin əmri icra olunmur?
Bütün bunlar barədə respublika mətbuatında da, sosial şəbəkələr vasitəsi ilə də cənab Prezident, Sizə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanıma yayımlanan video-müraciətlərimdə də demişəm. Ümid edirəm ki, nəhayət bu qanunsuzluqlara son qoyulacaq, mənim pozulmuş hüquqlarım tezliklə bərpa ediləcək.
Hər zaman haqqın nazilsə də, üzülməyəcəyinə inanmışam. Ötən əsrin 70-ci illərində ulu öndərimiz H.Əliyevin“ Uçitelskaya qazeta”adlı mərkəzi mətbu orqanında “Qoy ədalət zəfər çalsın” başlıqlı tam bir səhifəlik bütün sovetlər birliyində ciddi rezonansa səbəb olan məqaləsi yadıma düşdü. Qəzetin həmin nömrəsini arxivimdə saxlayırdım. Əfsuslar olsun ki, o da işğal zonasında girova çevrildi. Mən ucqar bir
kənd müəllimi olsam da, hələ o vaxt rus və ingilis dillərində nəşr edilən mərkəzi mətbuata abunə yazılırdım. Bu gün Eşqi Bağırov nədənsə məni öz məngənəsində sıxmağa çalışır. Nə var-nə var, kiminsə qarşısında və ya nəyinsə qarşılığında öhdəlik götürüb. Əgər belə olmasaydı, bu gün 70 yaşıında heç bir titula sahib olmayan, eləcə də uğurları olmayan məktəb direktorları ilə müqaviləni məndən sonra uzadaraq məni 66 yaşımda işimdən uzaqlaşdırmazdı.
Möhtərəm cənab Prezident, mənim bir müəllim olaraq yazdıqlarımı nəzərə alıb işimin ədalətli həll olunmasına köməklik göstərilməsini Sizdən xahiş edirəm. Ümidvaram ki, Siz mənim haqq səsimə sahib çıxacaqsınız.
Dərin ümid və ehtiramla :
Şıxəliyev Cəbrayıl Əli oğlu
Zəngilan rayonundan məcburi köçkün, Bakı şəhəri, Binəqədi rayonu, VII mikrorayon, 2 №-li ETK-nın həyətində məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, bina 2, mənzil 48-də yaşayan Azərbaycan Respublikasının “ TƏRƏQQİ “ medalına,” Əməkdar müəllim “ fəxri adına, Təhsil Nazirliyi Kollegiyasının “Fəxri fərmanı “na layiq görülmüş, Müəllimlərin XIII Qurultayının nümayəndəsi, Qarabağ müharibəsi veteranı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü
Əlaqə telefonu : 055 204 99 99.
22 aprel 2019-cu il.