Mədəni 09.07.2020 13:13

Nura insanlara həkim məsləhəti verdi

“İnsanların bu qədər evdə oturması, işsiz qalması yaxşı deyil. İcazələr birdən-birə ləğv edilir. Bunu əvvəlcədən demək olardı. Camaat yatıb-durur bir xəbərlə oyanır. Hamı stress içindədir, əsəblərimiz gərgindir. Bir həyatdan, başqasına keçmişik. Komfortumuzu itirmişik”.

Rakus.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nura Suri deyib.

Sənətçi pandemiya dövründə insanların yaşadığı çətinliklərdən bəhs edib: “Sağlam insanları evdə otuzdurub, bir-birindən ayırmağı başa düşmürəm. Həkimlər də təsdiq edər ki, insan immuniteti bir-biri ilə ünsiyyətdə güclənir. Təmiz hava və günəş şüası, dəniz havası immuniteti gücləndirir. Vitamin D-ni həm də günəşdən alır insan.

Üç övlad böyütmüşəm, bunu yaxşı bilirəm. Məktəbdən əvvəl uşağı bağçaya qoyuruq ki, immuniteti güclənsin, böyük kütlə ilə qarşılaşanda güclü olsun. Sabah başqa fəsadlar ortaya çıxacaq axı. Bunları düşündükcə narahat oluram.

İnsanların qapısını döyüb, evindən çıxarıb cərimələyirlər. Şəxsi bağ evində 5 nəfərlə ad günü edir, çəkib ictimailəşdirirlər. Üzlərini bağlasınlar heç olmasa. Bəziləri rayonda bağ tutub, oturub həyətdə rahat nəfəs almaq istəyirlər. Onları şəhərə qaytarıb, cərimə yazmaq nədir? Niyə axı? Həmin bölgə karantində olan siyahıda deyil heç. Bunları beynim həzm etmir”.

N.Suri bildirib ki, insanlar son günlər bir-birinə qarşı çox aqresiv olublar:  “Pandemiya başlayanda insanların bir-biri ilə gözəl ünsiyyəti var idi. Hamı imkansıza yardım edirdi. İndi isə hamıda bir-birinə qıcıq yaranıb. Polisdə işləyən də bizim millətin üzvü, ananın övladıdır, adi biri də… Bir-birimizi didirik, hörmət etmirik, sosial şəbəkədə nələr görürük. Bunlar insanlarda qorxu və stress yaradır”.

Sənətçi insanlara immuniteti gücləndirmək üçün məsləhətlər də verib: “Hər zaman bu haqda status yazıb, müsahibə vermişəm. Təbii məhsuldan istifadə edin. Uşaq olanda nə qədər xəstəliklər keçirmişik: qızılca, donuz (svinka), suçiçəyi… Ölməmişik, immunitetimiz güclənib. İnsanlar virusla yaşamağı öyrənir. Əvvəl adamlar suçiçəyindən ölürdü, bu gün ondan sağalırıq.  Yayda meyvələr daha çox olur. Özüm nə qədər təbii meyvələr dondurub qışa saxlayıram. Niyə hamı dərmanlı meyvə, tərəvəz arxasınca qaçır. Sonra da deyir immunitetim yoxdur.

Hər gün limon, nanə, şalfey və zəncəfildən istifadə edin, dəmləyib için. Eyvanımda dibçəkdə nanə-cövhər yetişdirirəm. Onu dəmləyib içirəm. İdman edirəm, bol su içirəm.

Oxuyub öyrənsinlər, mən də nənəmin etdiklərindən, internətdən məlumat almışam. İnsanlar niyə belə edirlər?
Hər yerdə yemək yemərəm, nə yediyimə diqqət edirəm. İnsan özünü sevməli, qorumalıdır. Səhər yuxudan oyananda günortaya qədər su içirəm, ya da qəhvə. Qəhvəyə isə ədviyyatlar atıram. Evdə övladıma da ədviyyatlar içirdirəm, çaya qatıram. Bu gün orqanizm üçün ən xeyirlisi vitamin D və C-dir.

Mövsüm meyvələri, giləmeyvələr çox yemək lazımdır. Amma hamı alıb yeyə bilmir, çünki süni qiymət artımı var. Moruğun kiloqramını 8 manata qaldırıblar. Danışmaqla bu problemlər düzələcəksə, hər gün danışaram. Çalışıb immunitetimizi bu cür təbii vasitələrlə qaldıraq.

Canlılar təbiətdə bitən bitkilərlə özlərini müalicə edirlər. Biz də nənələrimizdən eşitmişik, görmüşük. Bitkilərdən çox istifadə etmək məsləhətdir. Bölgələrdən alın təbii məhsulları, həm də onlara maddi dəstək olmuş olarsız. Bir-birimizə hörmət edək. Hər şeyə özümüzə hörmətdən başlayaq”.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO