Siyasi 22.04.2019 22:30

Keçmiş deputatı HƏBS etdilər

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Miqran Poqosyan Kareliya Respublikasında aşkarlanaraq Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.

Rakus.az xəbər verir ki, o, həm də Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin (MAMİX) keçmiş rəhbəri olub.

Xüsusi İstintaq Xidmətinin (XİX) mətbuat katibi Marina Oqancanyan Azatutyun radiosuna deyib ki, hazırda keçmiş rəsminin Ermənistana ekstradisiyası məsələsinə baxılır.

Bundan öncə Miqran Poqosyanın ofisi bəyan etmişdi ki, özünün Moskvadakı ünvanı barədə Ermənistanın hüquq-mühafizə orqanlarını məlumatlanıdırb.

Keçmiş deputat xüsusi böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsində, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.

XİX-in məlumatına görə, Miqran Poqosyan 2011-ci ildə Panamada ofşor zonada iki şirkət yaradıb, həmin şirkətlər daha sonra Ermənistanda “Best reality” adlı kompaniya qurub. Sonuncu isə 2014-2016-cı illərdə Miqran Poqosyanın rəhbəri olduğu idarəyə daşınar və daşınmaz əmlakın dəyərləndirilməsi üzrə xidmət göstərib, 43 milyon dram əldə edib.

Bundan başqa bildirilir ki, Poqosyan 2008-ci il iyunun 11-dən MAMİX rəisi keçəndən özünün şəxsi mühafizəçisi və sürücüsünü bu qurumda vəzifələrə təyin edib. Onlar faktiki olaraq, onun şəxsi tapşırıqlarını yerinə yetirib, ancaq dövlət büdcəsindən maaş alıblar.

Miqran Poqosyanın özünün idarə etdiyi təşkilatlarla MAMİX arasında xidmət müqavilələri imzaladığı qeyd olunur.

2016-cı ilin mayında “Hetk” nəşri Miqran Poqosyanın ofşor fəaliyyəti haqda geniş araşdırma dərc edir. Cinayət işi açılsa da, 2017-ci ilin yanvarında cinayət tərkibinin olmaması əsas gətirilərək dayandırılır.

O zaman Poqosyan özünə qarşı ittihamları anlaşılmazlıq, araşdırma müəllifi Edik Bagdasarian isə işin bağlanmasını siyasi qərar adlandırmışdı.

Bu ilin yanvarında XİX ofşorlarla bağlı cinayət işi üzrə təhqiqatı bərpa elədi. Miqran Poqosyan dindirilməyə çağırıldı, ancaq xaricdə olduğunu deyərək getmədi.

XİX aprelin 10-da bildirib ki, Miqran Poqosyan dindirilməyə hazır olduğunu deyib. Aprelin 15-də XİX keçmiş deputatın işdə təqsirləndirilən olduğunu elan etdi.

Yerevan məhkəməsi XİX-in Miqran Poqosyanın həbsilə bağlı vəsatətini təmin etmişdi. Onun Ermənistandakı evində axtarış aparılmışdı.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO