Çempionlar Liqasında sonuncu püşkatma keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçiriləcək.
Rakus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 14:00-da start götürəcək mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşəcək.
Püşkatmada eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər.
1/4 final mərhələsinin 4 iştirakçısı artıq məlumdur: “Atalanta” (İtaliya), “Atletiko” (Madrid, İspaniya), “Leyptsiq” (Almaniya) və PSJ (Fransa).
Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək. Qarşılaşmalar ev sahibi komandaların meydanlarında oynanılacaq.
“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
İlk oyun – 3:0
“Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
İlk oyun – 1:1
“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya)
İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Lion” (Fransa)
İlk oyun – 0:1
1/4 finaldan isə oyunlar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.
12-15 avqust
1/4 final
18-19 avqust
Yarımfinal
23 avqust
Final