Hərbi 13.07.2020 20:17

Rasim Quliyev: “Zaman Azərbaycanın xeyrinə işləyir”

Təxribat niyə Qarabağda deyil, Azərbaycanla birbaşa sərhəddə törədildi?

“Məlum olduğu kimi Ermənistan tərəfinin silahlı təxribatı bu dəfə Qarabağda deyil, birbaşa Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verib. Bu əslində Ermənistanın indiki iqtidarının hakimyyəti əldə saxlamaq üçün ən pis variantlardan birini sınaqdan çıxarmağa uğursuz cəhdi kimi dəyərləndirilir. Artıq dünya ictimaiyyəti, siyasi və digər beynəlxalq dairələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi, siyasi, hüquqi müstəvidə əzici üstünlüyünü görür, etiraf edir və qəbul edir. Qalır yalnız, Azərbaycan Prezidenti, Ali Baş Komandanın səsləndirdiyi kimi, uyğun zamanda bu faktı rəsmiləşdirib ədaləti bərpa etmək”.

Rakus.az xəbər verir ki, bunu Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev deyib.

R.Quliyev bildirib ki, 2016-cı il aprel döyüşlərindən sonra həm Azərbaycan əhalisi, həm ermənistan əhalisi, həm də dünya ictimaiyyətinin aidiyyatı bütün dairələri real hərbi-texniki hazırlığın milli ruh və mənəvi-psixoloji üstünlüyün böyük nisbətdə Azərbaycanın xeyrinə olduğunu gördülər: “Bundan sonra şəxsən Azərbaycan Prezidentinin rəhbərliyi ilə açıq diplomatik və hüquqi təzyiq gücləndirildi. Bütün beynəlxalq və digər auditoriyalarda prezident İlham Əliyevin əzici təzyiqi davam etməkdədir və hətta bu dəfələrlə həmsədrlə münasibətdə kəskin şəkildə iradlar şəklində özünü göstərmişdir. Ermənistanda isə əksinə sosial-iqtisadi və mənəvi-psixoloji vəziyyət getdikcə ağırlaşmaqda davam edir. Yeganə uğur sayıla biləcək müvəqqəti işğal etdiyi ərazilərin də əldə saxlanmaq perspektivini itirən Ermənistan iqtidarı indi yalnız hakimiyyəti əldə saxlamaq barədə düşünür. Hətta belə də demək olar ki, Ermənistanda amerikapərəst və rusiyapərəst qüvvələrin qütbləşərək hakimiyyət uğrunda mübarizəsi bir daha aktuallaşmışdır. Bu yaxınlarda mətbuatda çıxış edən keçmiş Ermənistan prezidenti Robert Koçəryan indiki iqtidarın həm diplomatik, həm Qarabağ məsələsində, həm də sosial-iqtisadi sahədə uğursuzluqlarını, koronovirusla mübarizədə başını itirdiyini qeyd edərək, bütün günahların Hökümət binasında olduğunu bildirərək, dəqiq ünvan göstərmişdi. Robert Koçaryanın da rusiyapərəst olduğunu sübut etməyə ehtiyac yoxdur.

Beləliklə, Qarabağda törədiləcək hər hansı təxribatın Azərbaycan tərəfindən əlavə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcəyi dərsini 2016-cı il apreldə yaşayan ermənistan iqtidarı bununla Ermənistan daxilində də hər hansı “əməliyyat” keçirə bilməyəcəkdi, çünki Qarabağ Ermənistan deyil. Ona görə də ən pis variantların içində nisbətən pis variant məhz bir başqa Ermənistan-Azərbaycan sərhəddində təxribat törətmək idi ki, sözsüz bunun da nəticə və itkilərini nəzərə almamış deyildilər. Onlar ümid edirlər ki, əvvəla Azərbaycan hələlik Ermənistanı darmadağın etmək fikrində deyil, praqmatik siyasət və KTMT-na üzv olan Ermənistan bu gün üçün bundan sığortalana bilər. Və sərhəddə baş verən erməni təxribatının nəticəsində Ermənistanın ciddi itkiləri isə Paşinyan hökümətinə müvəqqəti də olsa koronovirus böhranını müharibə panikası ilə arxa plana keçirtmək və daxili siyasi vəziyyəti hərbi nəzarət altına almnağa kömək edə bilər. Yəni Paşinyan höküməti Ermənistan əhalisini, cəmiyyətini və siyasi dairələri nəzarətdə saxlamaq, daxili gərginliyi şok effekti ilə zərərsizləşdirmək və daxildə hərbi rejim yaradaraq hakimiyyəti əldə saxlamaq üçün ciddi canlı və texniki itkidən belə çəkinmədi, erməni vətəndaşını və erməni əsgərini qurban verdi. Ancaq bu heç də yaxşı seçim və əla çıxış yolu deyildi, bu məğlubiyyət onun hakimiyyətinə ciddi zərbə vura bilər”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO