İdman 23.04.2019 13:09

“Finalda “Qarabağ” və “Zirə”ni görürəm” – Ağasəlim Mircavadov

FFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov  müsahibə verib.

Rakus.az xəbər verir ki, ölkə kubokunun yarımfinal mərhələsində bu gün keçiriləcək oyunlar barədə fikirlərini bildirən mütəxəssis Azərbaycan Premyer Liqasındakı çempionluq yarışını da dəyərləndirib.

– Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə start veriləcək. Əvvəlcə erkən final adlandırılan “Qəbələ” – “Qarabağ” oyunu barədə fikirlərinizi bilmək maraqlı olardı…

– “Qarabağ” gələn mövsüm yenə Avropada oynayacaq, bu, məlum məsələdir. Ölkə kubokunu qazanmaq şansları var. Çox güman ki, onlar da bunu istəyirlər. Düşünürəm ki, düz də edirlər. Çünki hər bir komanda bütün titullar uğrunda mübarizə aparmalıdır. “Qəbələ”yə gəldikdə isə onları çempionatda 3-cü pillədən 2 xal ayırır. Qarşıda 3 tur var. Həm Premyer Liqada, həm də kubokda Avropa Liqasına vəsiqə qazana bilərlər. Kubok oyunları çempionat matçlarından fərqlənir. Bu, hər zaman belə olub. Ona görə də əminliklə demək olmur ki, favorit kimdir. Kubokun mahiyyəti odur ki, zəif klub da sonda qalib gələ bilər. Odur ki, mən şansları bərabər qiymətləndirirəm.

– Bəs yarımfinalın digər matçı olan “Sumqayıt” – “Zirə” görüşü barədə nə düşünürsünüz?

– “Zirə” ilə “Sumqayıt”ın turnir cədvəlindəki mövqeləri göz qabağındadır. Əllərinə yaxşı şans düşüb, bundan yararlanmaq istəyəcəklər. “Sumqayıt” 1/4 finalda “Neftçi”ni mübarizədən kənarlaşdırdı. Hər iki klubun avrokuboklara vəsiqə qazanmaq şansı var. Amma onu da deyim ki, Avropaya getmək asandır, orada oynamaq isə çətin. Ona görə də kim gedəcəksə, hazır olmalıdır.

– Bildirdiniz ki, hər bir komandanın finala çıxmaq şansı var. Bəs reallığa qalsa, finala kimlər daha yaxındır?

– Təbii ki, əsas favorit “Qarabağ”dır. Buna heç bir şübhə yoxdur. Səhv etmirəmsə, bu yaxınlarda çempionatda da “Qəbələ”ni udublar. Digər cütlüyə gəldikdə isə, “Zirə”nin şansı çoxdur. Mən finalda “Qarabağ” və “Zirə”ni görürəm. Amma yenə deyirəm ki, kubok fərqli turnirdir. Sürpriz nəticələr də ola bilər.

– Bu mövsüm Premyer Liqada çempionluq uğrunda da gərgin mübarizə gedir. Çoxları düşünür ki, hər şey “Neftçi” ilə “Qarabağ” arasındakı son oyunda bilinəcək. Sizin proqnozunuz necədir?

– Məncə, çempionluğun taleyinə daha tez aydınlıq gələ bilər. Çünki “Neftçi”nin qarşıda “Qəbələ” ilə çətin oyunu var. Düzdür, “Qəbələ” iki cəbhədə mübarizə aparır, bir az işi ağır olacaq. Amma futbolçu üçün 3 gündən bir oynamaq çətin olmamalıdır, oynamalıdırlar. “Qarabağ”la müqayisədə, çempionatda “Neftçi”nin təqvimi bir az ağırdır. Ağdam klubu vaxtından əvvəl çempion ola bilər. Hər şey “Neftçi”nin özündən asılıdır.

– Aşağı sıralarda isə sonuncu olmamaq uğrunda “Sumqayıt” və “Keşlə” mübarizə aparır. Özünüz AFFA Məşqçilər Komitəsinin üzvüsünüz. Ümumiyyətlə, bu mövsüm Premyer Liqanı tərk edən klub olacaqmı?

– Açığı, bunu deyə bilmərəm. Çünki bu gün çox klub bir yerdən maliyyələşir. Ona görə də bu məsələ bir az qaranlıqdır. İdman prinsiplərini saxlamaq lazımdır. Bunun üçün isə birinci dəstədə olan klublar yaxşı maliyyələşsinlər, yaxşı infrastrukturları olsun. Bizdə isə elə şey yoxdur. (Qol.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO