Ermənistanın geri çəkilməsi üçün 5 səbəb var - FOTO
Qarabağ münaqişəsi 27 ilən artıqdır davam edir. Ona görə yox ki, Azərbaycan öz torpağını azad etmək gücündə deyil, ona görə ki, Azərbaycan hər şeyin sülhlə həll olmasının tərəfdarıdır, lakin Ermənistan bu illər ərzində ən müxtəlif variantlara əl atıb. Münaqişənin “sifət”ini başqa yönə çevirməyə cəhd edib, öz torpaqlarımızda qondarma dövlət yaradıb, separatçıların rəhbərini bizimlə bir stola oturtmağa cəhd edib. Bu sadaladıqlarımız illərdir ən müxtəlif formalarda “süfrə”yə gətirilir, “yeyilmir”, yenidən geri qaytarılır.
Deməli, ermənilər sülh yoluna daş tökür. Geriyə sadəcə bir yol qalır: müharibə.
“Azərbaycan torpaqlarını müharibə ilə geri ala bilməz” deyə düşünənlər və fikirlərini dilə gətirənlər isə 2016-cı ildən birdəfəlik susdurulub. Azərbaycan dövləti və xalqı cəmi dörd günə 27 illik baryeri keçdi. Ordumuz 18 dəqiqə ərzində ermənilərin illərdir qurduğu müdafiə xəttini yardı və…
Hakimiyyət dəyişikliyindən sonra “demokratiya” deyə bağıran Paşinyanın da siyasəti sələflərindən fərqlənmir.
Bəs onlar nəyə güvənir?
Rakus.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasındakı beş əsas fərqi nəzərinizə çatdırır.
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq gəldiyimiz nəticəni, yəni “Ermənistanın geri çəkilməsi üçün beş əsas səbəb”i təqdim edirik:
Maliyyə problemi
Hazırda Azərbaycanın dövlət büdcəsi Ermənistanınkından dəfələrlə çoxdur. Azərbaycanın 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, Ermənistanın isə 5 milyard 100 milyon 272 min manatdır. Bu rəqəmlərə baxdıqda Ermənistanın müharibə başlandığı anda qarşılaşa biləcəyi maliyyə problemini aydın görmək mümkündür.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, 2012-ci ildə dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub. 2018-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üçün 2,739 milyard manat və ya 1,611 milyard ABŞ dolları ayrılıb. Azərbaycanın müdafiə üçün nəzərdə tutulmuş xərcləri Ermənistanla müqayisədə, təxminən üç dəfə artıqdır.
Şəxsi heyətdə çatışmazlıqlar
1918-ci ildə yaradılan Azərbaycan ordusu hazırda dünyanın ən güclü ölkələri sırasında 52-ci yerdədir. 1992-ci ildə yaradılan Ermənistan ordusu isə bu siyahıda 96-cı yerdə qərarlaşıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrində 66 950 nəfər hərbi qulluqçu var. Ehtiyatda olan hərbi qulluqçularımızın sayı 300 min nəfərdir.
Ermənistan ordusunda isə hazırda 44 800 hərbçi xidmət edir. Ermənistan Silahlı Qüvvələrinin ehtiyatında 210 min hərbi qulluqçu var.
Silahlandırma məsələləri
Hazırda Ermənistan ordusunun silahlanmasına ikisi təlim olmaqla, 15 ədəd “Su-25” qırıcısı, 17 ədəd təlim təyyarəsi, dörd ədəd nəqliyyat təyyarəsi, bir ədəd sərnişin təyyarəsi, 31 ədəd helikopter, 60 ədəd S-300 hava hücumundan müdafiə sistemi daxildir.
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına isə beşi təlim olmaqla, 73 ədəd qırıcı, 50 ədəd təlim təyyarəsi, 181 ədəd helikopter, dörd ədəd nəqliyyat təyyarəsi, 84 ədəd pilotsuz uçuş aparatı daxildir.
Həmçinin, ordumuzun silahlanmasında “Otokar Kobra” zirehli döyüş maşını, “Toçka-U” taktiki raket kompleksi, S-125 “Peçora” zenit raket kompleksi, “Buk-M1-2” zenit raket kompleksi, S-300 PMU2 “Favorit” uzun radiuslu zenit raket sistemi və TOS-1A “Buratino” Reaktiv Yaylım Atəş Sistemi var.
2018-ci ildə Azərbaycanın aldığı silahlar |
|||
Ölkə |
Silah |
Silahın növü |
Ədəd |
Belarus |
B-200BM Polonez |
reaktiv yaylım atəşi sistemi |
10 |
Çexiya |
RM-70 122mm |
reaktiv sistem |
30 |
İsrail |
OPV-62 Saar-72 Zərbə Spike-NLOS SandCat Skystriker Hermes-900 LORA LORA Sandcat SPEAR 120mm |
gözətçi gəmisi gəmi pilotsuz uçuş aparatı raket zirehli maşın kamikadze dronu pilotsuz uçuş aparatı reaktiv sistemi raket zirehli avtomobili |
6 2 100 250 100 100 2 4 50 10 |
Rusiya |
BTR-82A 9M123/AT-15 9P157-2 Khrizantema-S |
zirehli transportyoru anti-tank raketi raket sistemi |
70 800 24 |
Slovakiya |
152 mm-lik “DANA” |
artilleriya sistemi |
36 |
Türkiyə |
SOM |
silah sistemi |
5 |
ABŞ |
Bell-412 |
helikopter |
2 |
Azərbaycanın istehsal etdiyi hərbi məhsullar:
• “İstiqlal” snayper tüfəngi
• “Yalquzaq” snayper tüfəngi
• “Matador” zirehli transportyoru
• “Gürzə” patrul maşını
• “Marauder” zirehli transportyoru
• “EM-14” avtomatı
• “Xəzri” avtomatı
• “Şimşək” hücum tüfəngi
• “İnam” tapançası
• “Zəfər-K” tapançası
• “Zəfər” tapançası
2018-ci ildə Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edib.
Əhalinin artımı
Bu günlərdə Azərbaycan əhalisinin sayı 10 milyona çatıb. Yaxın on ildə ölkəmizin əhalisinin sayının 11 milyona çatması gözlənilir.
Ermənistanda isə əhalinin sayı üç milyon nəfərdir və hazırda bu ölkədə əhalinin kəskin azalması müşahidə edilir. Buna səbəb Ermənistanda hökm sürən iqtisadi-sosial problemlərdir. Erməni gənclərin əksəriyyəti dolanışığın çətinliyi səbəbindən ölkədən qaçmaq məcburiyyətində qalırlar. Məlumata görə, son vaxtlar Ermənistanı tərk edən ermənilərin sayında artım müşahidə edilir.
Hərbi əməkdaşlıq
Ermənistanın beynəlxalq hərbi əməkdaşlığı çox aşağı səviyyədədir. Bu ölkə Litva, Gürcüstan, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İranla hərbi əməkdaşlıq aparır.
Ancaq hazırda Azərbaycan dünyanın 40-dan çox ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı 1992-ci ilin mart ayında ölkəmizin bəzi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə yeni yaranmış və 1997-ci ildən etibarən Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.
1994-cü il mayın 4-də Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir.
Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi, Sülhməramlı qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və hava məkanına nəzarət sahələrində müvafiq islahat fəaliyyətlərini həyata keçirir. (Oxu.Az)