“Yağlı boya ilə ailə portreti…” – yeni film
“Sabah” Yaradıcılıq Studiyasında Qarabağ müharibəsi ilə bağlı yeni film çəkilib.
Rakus.az xəbər verir ki, “Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. Bir saat 19 dəqiqəlik filmdə tələbə-rəssam olan yeganə övladı Qarabağ müharibəsində şəhid olmuş Çingiz adlı kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib. Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Fahir Səmədoğlu, bəstəkarı Vüsal Ömərov, rəssamı Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.
Baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.