“Vətəni ürəklə sevmək lazımdır…” - VİDEO
Rakus.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova “ATV səhər”ə açıqlamasında deyib.
Müğənni son günlər cəbhədə yaşananlardan, yürüşdən bəhs edib: “Milli Məclisi dağıtmaqlarına ürəyim ağrıdı. İnanmaram ki, vətənini sevən gedib boş stollarla dava edib, savaşsın. Bunu vətənini sevməyən edib. Nə qədər orada birlik, bir-birini anlamaq var idi. Nər kişilər bir-birini qucaqlayıb ağlayırdı. İstəməzdim ki, oradakıların şüurundan istifadə edib başqa səmtə göndərsinlər.
Bir vaxtlar sərhədlərə gedirdim. Güclə buraxırdılar… Camaata ürək-dirək verirdim. Gedirdim cəbhəyə yazılmağa, deyirdilər olmaz.
Şəhid analarına təskinlik verəcək sözüm yoxdur. Ananın nə çəkdiyini mən bilirəm. Nə deyim, deyim ağlama? Övladının qanlı paltarını tutub bağrına basıb ağlayır və “Vətən sağ olsun” deyirsə, ona nə demək olar?”.