Mədəni 21.07.2020 09:13

“Qucağımda yaralı əsgər daşımışam…” - VİDEO

“Heç kəsi mühakimə etmək durumunda deyiləm. Afaq Bəşirqızı gedən karvandır, hər it hürüşünə dönmür. Heç vecimə də deyil bəzi insanların münasibətləri. Demişəm ki, öz həyətinin qədrini bil, ailən, özün üçün, gəlib buradakıların 190 manatına ehtiyacın olmasın… Deməmişəm ki, yalvarma. Deyir ki, Afaq xanım, bilmirsən orada nələr çəkirik. Nə çəkirsiz? Nə görmüsüz şəhər həyatında? Gəlib təklif edirlər, pul verirlər, satırsan torpağı. Səhəri gün ot, hər şey qalxır, 10 manata satdığın olur min manat. Gəlib düşürsən mənim, onun-bunun canına. Həyatda özünü təsdiq edə bilməmək gəlib bizi günahlandırmaq deyil. Sənin şüurun var, fikirləşməməlisən ki, nə edim?”
Rakus.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı müğənni-bəstəkar Murad Arifin “Popumuz var” proqramında deyib.

Aktrisa bir müddət əvvəl dediyi “Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar” sözlərə aydınlıq gətirib:”Mənim sözümü çox adam başa düşmürsə, nə edə bilərəm? Öz doğma torpağımızı, məcburi köçkünlər istisna olmaqla, qoyuruq və durub şəhərə gəlirik. Vaxtından əvvəl evlənirik, 100-200 manat kirayədə qala bilməzsən. Gedirsiz yeni tikililərin zirzəmisində yer götürür, pəncərəsini kardonlayırsan ki, uşaq dünyaya gətirim. Sonra düşürsən verilişlərin canına ki, uşağın başını düzəldin. Sonra mənə deyirlər, cəbhədə şəhid olanlar o zirzəmidə doğulanlardır. Ay savadsızlar, mən su basmış zirzəmiləri nəzərdə tuturam. Onlar heç uşaq kimi doğulmur: havasız, su içində.

Ağır şəkəri müharibənin stressindən tutdum. Hər zaman cəbhə bölgəsində olmuşam. Qucağımda yaralı əsgər daşımışam. Mən şəhid aparanda, həmkarlarım şəhərdə evlər, maşınlar, mebellər alırdılar. Niyə onu edirdim? İçimdəki, biz qalib gəlməliyik, xalqım kiməsə möhtac olmasın hirsinə görə. Dediyimi, yozub yazdılar. Vəkilim dedi ki, bunlara iş düşür. Amma vermədim məhkəməyə, bağışladım hamısını”.

A.Bəşirqızı bir müddət əvvəl ARB TV-də “Elgizlə izlə” proqramına zəng edərkən işlətdiyi qeyri-etik sözlərlə bağlı suala isə belə cavab verib:

“Efirə zəng vurub söyüş söymərəm. Yeri gələndə elə söyürəm ki… Özü də heç vaxt qadın söyüşü söymürəm. Həmişə insanları da, aktyorları da müdafiə etmişəm. Demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. O aktrisanın adını etika naminə çəkməyəcəm. Onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır – Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat və bu deyəndə ki, çörək mağazasına borcluyam… Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun belə gedib onlardan nə isə istəməyi… Və mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Ərkim çatır. 18, 22, 25 yaşım yoxdur, 65 yaşım var. Bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər –red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, başa düşə bilmədim, məndə reklam gedirdi, bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi.

ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi – Şəfiqə xanım, Respublikanın Xalq artisti Nübar xanım (Nübar Novruzova – red.), Elgiz… Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi”.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO