İdman 23.04.2019 20:06

Ən sevdiyim traslardan biri Azərbaycandadır – Lekler

Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində “Ferrari” pilotları və komandanın rəhbəri Mattia Binotto Bakının mərkəzindəki maraqlı və mürəkkəb şəhər trasında keçiriləcək mövsümün dördüncü mərhələsinin xüsusiyyətlərindən bəhs ediblər. Yeri gəlmişkən, bu komanda hələ ki, həmin trasda qələbə qazana bilməyib, onun ən yaxşı nəticəsi isə ötən il Kimi Raykkonenin əldə etdiyi ikinci pillədir.

Rakus.az xəbər verir ki, pilot Sebastyan Fettel deyib: “Altı kilometrlik bu trasda təqvimdə ən uzunməsafəli olan və bizim saatda 360 km sürətlə şütüdüyümüz 2,2 kilometr uzunluğunda düz yol var. Ondan sonra soldakı yavaş 1-ci döngədə intensiv əyləcə basılması tələb olunur. Köhnə şəhərin divarları boyu sərt yoxuşun olduğu rayonda trasın genişliyi cəmi 7 metrdir və bu məsafə Formula 1 maşınları üçün darısqaldır, sanki sapı iynənin ucundan keçirməlisən. İki maşın bu əraziyə sığmır və bu səbəbdən kimin kimə yol verəcəyini razılaşdırmaq lazım gəlir.

Bakıda maşının trasdakı yavaş döngələrdə yaxşı hərəkət etməsi üçün qanadların hücum bucağını tənzimləmək lazımdır, lakin bununla belə, düz yolda tam sürətlə irəliləmək və qaza basmaq mümkündür. Düzgün kompromis tapmaq isə heç də asan deyil”.

Pilot Şarl Lekler qeyd edib: “Ən sevdiyim traslardan biri Azərbaycandadır. Bu tras sadəcə çox xoşuma gəlir və orada həmişə uğurla çıxış etmişəm. Yürüşdə qalib gələrək Formula 2 podiumuna qalxmışam. Ötən il isə Formula 1-də ilk xallarımı qazanmışam. Orada pilotluq etməyi çox xoşlayıram, xüsusən Köhnə şəhərin divarları boyu trasdakı bütün dar döngələrdə şütüməyi çox sevirəm.

Tras unikaldır və dünyanın heç bir yerində bənzəri yoxdur. Orada qaydalar da çox sadədir: heç bir zaman konsentrasiyanı itirməmək. Əks halda – ilk səhvə yol verdiyiniz anda çəpərlərə çırpıla bilərsiniz. Bakıda pilotdan bütün məharətindən istifadə etmək tələb olunur və mən artıq tezliklə start xəttinə çıxmaq istəyirəm”.

Komandanın rəhbəri Mattia Binotto bildirib ki, onun pilotları üçün istədikləri səviyyədə keçməyən üç mərhələ artıq geridə qalıb. İndi komandanı növbəti mühüm Qran-Pri gözləyir. O əlavə edib: “Biz bu mərhələyə diqqətlə hazırlaşırıq, əlimizdə olan bütün informasiyaların təhlilini aparırıq, təkmilləşdirə biləcəyimiz sahələri müəyyən edirik, Bakı trasına uyğun olacaq şassi və güc qurğularının tənzimlənməsi üzərində işləyirik. Orada çox uzun düz yol var, bu səbəbdən daxili yanma mühərriki və hibrid hissəsinin elementlərinin olduğu güc qurğularına böyük əhəmiyyət verilir. Bu trasda ötmə əməliyyatını həyata keçirmək nisbətən asandır, bu, daha çox DRS sisteminin sayəsində mümkün olur və həmin qurğu bu il çox effektiv işləyir. Yol örtüyü çox hamardır və bu o deməkdir ki, şinlərin yeyilməsi nisbətən az olacaq. Lakin onlar daha az yükləndiyindən, rezinin lazımi işçi temperaturadək isinməsi ilə bağlı problemlər ola bilər.

Ötənilki təcrübəmizdən bilirik ki, Bakıda təhlükəsizlik avtomobilinin gəlməsi ehtimalı böyükdür və yürüş taktikasını hazırladıqda bu mühüm aspekti nəzərə almaq lazımdır. Biz Azərbaycana çoxlu yenilik gətirəcəyik – bu, SF90-nın modernləşdirilməsinin ilk mərhələsi olacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO