Mədəni 24.07.2020 17:13

“Ən az geyimə xərcləmişəm…”  - FOTO

Dünyada yayılan koronavurs infeksiyası insanların həyatında çox şeyi dəyişib. Bir çoxlarımız əvvəlki həyat tərzimizi kənara qoyub, yeni qaydalarla yaşamağa alışmışıq. Bu dəyişikliklər sırasında maddi durumumuz da yer alır: xərcimiz və gəlirimiz.

Rakus.az xəbər verir ki, Axşam.az məşhur simalar arasında sorğu edərək, onların pandemiya ərəfəsində ən çox nəyə pul xərclədiklərini soruşub.

Xalq artisti Röya Ayxan pulunu yaradıcılığına xərcləyib. Müğənni mahnı yazdırıb, klip çəkdirib.

Müğənni Roza Zərgərli bildirib ki, karantin günlərində pulu ən çox yeməyə gedib:

“Digər tərəfdən isə ev təmizləmək üçün vasitələrə çox xərcim çıxıb. Ən az isə geyimə xərcləmişəm”.

Müğənni Elvin Abdullayev isə karantində büdcəsini düzgün idarə etməyi öyrəndiyini söyləyib:

“çalışıram az xərcləyim, amma ailəm var, bir az çətindir. Ən çox övladlarıma pul xərcləmişəm. Karantin ərəfəsində heç pul xərcləmədim restoranlara. Dostlarla otururduq, nəsə yeyirdik və hesab ödəyirdik. İndi hamı bilir ki, incəsənət adamlarının gəliri yoxdur. Bir də yardımlar etdim. Bunu çəkib göstərmədim, belə şeylərlə aram yoxdur”.

Rəqqasə Fatimə Fətəliyeva isə bildirib ki, pulu ərzağa çıxıb:

“Pulum ərzaq mağazalarında gedib. İndi xərcləməyə başqa yer yoxdur. Əvvəl geyimə xərcləyirdim, restoranda hesab verirdim. İndi heç onlayn sifarişlər də etmirəm, pul yoxdur. Amma yeməyə hər zaman pul var. Biz son qəpiyini yeməyə xərcləyən millətik”.

Müğənni Şəbnəm Tovuzlu ən çox yeməyə və idman geyimlərinə pul xərclədiyini deyib:

“Bir də bu ərəfədə yardımlar etdim. Allah şahiddir ki, nə qədər ailəyə əl uzatdım. Bu ərəfədə idman geyimlərinə də pulum getdi. Əvvəlkindən fərqli olaraq karantin ərəfəsində mahnılara və geyimə pul vermədim”.

Müğənni Ceyhun Əliyev də karantin ərəfəsində qazancının olmadığını bildirib:

“Pul qazananda çox xərcləyirəm. Təəssüf ki, martdan bu yana qazancım yoxdur. Aranjiman, səs yazmaq, ümumiyyətlə, studiya işləri çox pul aparır. Karantindən əvvəl də, indi də ən çox ona pulum gedib”.

Müğənni Xatirə İslam isə pulunu ancaq ətə xərclədiyini söyləyib.

Müğənni Gülay Zeynallı isə pulunu bazarlığa və onlayn sifarişlərə xərclədiyini deyib.

Müğənni Aysel Əlizadənin xərci isə başqa olub. O, digərlərindən fərqli olaraq pullarını yeməyə yox, bitkilərə xərcləyib:

“Pulum güllərə, ağaclara, boya və fırçalara getdi. Bağbanlıq etdim. Bir də mətbəxdə şirniyyat hazırlamaq üçün nə lazımdırsa onu aldım. Şirniyyat bişirməyi öyrənirdim”.

Müğənni Xatun Əliyeva isə deyib ki, karantində nə qədər çalışsa da, az pul xərcləyə bilmir:

“Karantin günləri hələ də davam edir və çoxu kimi mən də işsizəm. Hər şeyə bacardığım qədər az pul xərcləməyə çalışsam da, alınmır. Çünki alışdığım həyat, qurduğum düzəni poza bilmirəm. İndiki durumda yeməkdən başqa nəyəsə çox pul xərcləmək gülməlidir. Bir də mən də digər həmkarlarım kimi əlimdən gələn qədər yardım etdim. Bilmirəm bu durum nə vaxta qədər davam edəcək, amma pandemiya bizdən çox şey aldığı qədər, bəzi amilləri də öyrətdi”.

Müğənni Sevda Yahayeyva isə pulunu planla xərclədiyini etiraf edib:

“Nəyəsə çox və ya az xərcləmirəm. Əksinə, bu müddət ərzində planlı və məqsədyönlü şəkildə xərcləməyə çalışıram”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO