Bunları bilirsinizmi?
Bəzən arıq olsaq da, qarın hissəmizdə artıq ət olması bizi narahat edir. Bunu ədviyatlar vasitəsilə əritməyin mümkün olduğunu bilirdiniz?
Darçın – Arıqlamaq istəyənlərin hər an yanında daşıya biləcəyi ədviyyatdır. Darçın hüceyrələri qlikoza ilə doldurur, insulini azaldır. Şəkər əlavə etdiyiniz hər şeyə darçın tökün. Yoğurtlu souslarda, limonadlarda istifadə edə bilərsiniz.
Dənə istiot – toz istiotu bir kənara qoyub, özünüzə dənə istiotlar alın. Onları yediyiniz hər şeyin içinə ata bilərsiniz. O, qarında yağ hüseyrələrinin yığışmasını əngəlləyir.
Hardal toxumu – metobalizmanı gücləndirir, artıq çəkini azaldır. Bütün yeməklərdə, əsasən də ətdə istifadə edə bilərsiniz.
Şafran – orqanizminiz üçün ən önəmli ədviyyatlardandır. İçərisindəki güclü antioksidantlar var və həzmə kömək edir. Hər yeməyə əlavə edə bilərsiniz.
Bibəriyə – artıq çəki atmaqda ən güclü vasitələrdəndir. Hər gün istifadə edə bilərsiniz. İstər təzəsi, istərsə də qurudulmuş halda faydalıdır. Bədəndəki qlikoza səviyyəsini azaldır. Bu da piylənmənin qarşısını alır.
Zəncəfil – mədə üçün möcüzəvi vasitədir. Bağırsaqları təmizləyir. Metobalizmanı qaydasına salır.
Tərə toxumu – Bu faydalı bitki metabolizmanın canlanmasına kömək edir.