Bunları bilirsinizmi?
Şaftalı və əriyin kimlər üçün təhlükəli olduğu açıqlanıb.
Rakus.az xəbər verir ki, həkim-diyetoloq İnna Kononenko deyib ki, adıçəkilən meyvələrin kaloriliyi hər 100 qram üçün 45 kalori təşkil edir.
O söyləyib ki, ona görə də şaftalı və əriyi gündəlik 200-300 qramdan çox olmayaraq yemək lazımdır. Belə ki, şaftalı və əriyin həddindən artıq istehlakı artıq çəkiyə yola aça bilər.
Mütəxəssis bildirib ki, şəkər xəstələri, artıq çəkiyə malik, həmçinin mədəsində turşuluq dərəcəsinin yüksək olduğu insanlara bu meyvələri yemək tövsiyə olunmur. Bundan başqa, bunlar həm də pankreatit, qastritom və digər mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün zərərlidir.
Bununla belə, diyetoloq meyvələrin yararından da bəhs edib. O vurğulayıb ki, ərik və şaftalıda böyük miqdarda maqnezium və kalium, həmçinin antioksidant və flavanoid mövcuddur. Birincilər stress və qıcolma, ikincilər isə onkoloji xəstəliklərlə mübarizəyə töhfə verir.