Sosial 24.04.2019 12:58

Komitə sədri Fondun nümayəndələri ilə görüşdü

 

Aprelin 24-də Qaçqınların və  Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Niderland Krallığıın“Mine Mark” Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Rakus.az xəbər verir ki, dövlət komitəsinin sədri Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində ölkəmizin üzləşdiyi humanitar problemlər, bu problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyev müharibədən əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısının artırılmasını daim diqqətdə saxlayır. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir.

Bildirilib ki, işğalçı Ermənistan hərbi təxribatlar törətmək və atəşkəs rejimini müntəzəm şəkildə pozmaqla qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin, o cümlədən uşaqların həyatını ciddi təhlükə qarşısında qoyur. Azərbaycan özünün işğaldan azad edilən ərazilərini minalardan təmizləyib, bərpa-abadlıq işləri aparsa da, həmin ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması öz aktuallığını saxlayır.

“Mine Mark” Fondunun həmtəsisçiləri Lalə Mustafazadə-Van der Kolk,  Nils Hegel, ictimaiyyətlə əlaqələr meneceri İlaria Vallini,  maliyyə və strategiya meneceri Aleksandr Zrdavkovski təmsil etdikləri qeyr-hökumət təşkilatının ötən il yaradıldığını, uşaqları, gəncləri minalardan, partlayıcı döyüş sursatlarından qorumaq məqsədi ilə layihələr həyata keçirdiyini, Azərbaycanda da belə layihələrin icrası üzrə əməkdaşlıq perspektivlərinin olduğunu bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Nidarlandlı qonaqlar sonra Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olublar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO