“Qaçqınkom”da əlillərə hörmət yoxdur - FOTO
Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən vətəndaşların növbəti qəbulu keçirilirdi. Qəbul prosesini yerində izləmək üçün komitənin binasına getdim. Qəbul otağında böyük canlanma var idı. Burada prosedur qaydalara uyğun olaraq sədrin və digər rəhbər şəxslərin qəbuluna düşmək üçün qeydiyyat aparılırdı. Hansı tarixlər üçün yazıldıqları ilə maraqlananda məlum oldu ki, sədrin və müavinlərinin qəbuluna düşmək üçün ən azı 2-3 ay əvvəldən yazılmalısan.
Arxa qapıda sədrin qəbula gələnlər toplaşmışdı. Əvvəlcədən qəbula yazılanları siyahı əsasında içəri buraxırdılar. Fotoda gördüyünüz bu şəxsləri isə pois yuxarıdan gələn tapşırıq əsasında geri qaytararaq bir həftədən sonra gəmələrini dedi. Bildirdi ki adları bugünkü siyahıda yoxdur. Onlar isə yerlərində donub qalaraq qəbula gedənlərə həsədlə baxırdılar.
Onlarla həmsöhbət oldum. Məlum oldu ki, Məmmədov Kamil Kərim oğlunun 84 yaşı yar, qastillə hərəkət edir. Həyat yoldaşı 78 yaşlı Məmmədova Mənsurə Abbas qızının isə ayaqları kəsildiyindən əlil arabasına möhtacdı. Ailə Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından sonra məcburi köçkün olaraq Sabunçu rayonunda qarajda məskunlaşıb. Bildirdilər ki, ötən ilin avqustun 21-də komitənin sədri Rövşən Rzayevin qəbulunda olublar. Sədr onlara deyib ki, siz narahat olmayın, 1 aydan sonra sizin arxanızca maşın göndərəcəm, gələcəksiniz. İndiyə qədər bir xəbər olmadığından özümüz gəlmişik, amma bu vəziyyətdə bizə deyirlər ki, gedin gələn həftə gəlin.
Müvafiq şəxslərlə əlaqə yaratdıqdan sonra onların qəbula düşməsinə yardımçı olduq.
Belə vəziyyətdə olan insanları süründürmək, onları get-gələ salmaq, operativ qəbul etməmək ən azından hörmətsizlikdir. Respublika Prezidenti İlham Əliyevin qocalara, əlillərə və digər imtiyazlı şəxslərə göstərdiyi diqqət və qayğı hər bir məmura və hər bir vətəndaşa nümunə olmalıdır. Əfsuslar olsun ki, komitə əməkdaşlarında bu nümunəni görmədik. Yoxsa 2 əlil qocaya “get, gələn həftə gəl” deməzdilər.
Mikayıl Nərimanoğlu