Hərbi 03.08.2020 12:17

Düşmən gücsüzlüyünü gizlətmək üçün təxribata əl atır

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Bu gün biz xoşbəxt yaşayaq deyə onlar canlarını Vətənə qurban edir. Qurban – fədakarlığın təntənəsidir. İnsan ömrü imtina etdikləriylə zənginləşər. Ən ali qurban isə, elə insan özüdür. Sən nəyin uğrunda qurban gedə bilərsənsə, ondan ibarətsən. Bu mənada Şəhidlik qurbanların ən alisidir. Vətən uğurunda qurban getməyə hazırsansa, deməli, Vətənsən. Seçim də hər kəsin öz əlindədir. İstərsən Vətən ol, istərsən palçıq.

Sevdiyim şeirlərin birində deyirdi ki:

Hər kəs öz əcəli ilə ölür,

Şəhidlər hamının əcəli ilə.

Cəbhədə baş verən son erməni təxribatı və düşmənə layiqli cavabın verilmə ordumuzun gücü ortaya qoymaqla yanaşı, vətəndaşlarımız arasında vətənpərvərliyin çox yüksək səviyyədə olduğunu göstərdi. Məhz güclü ordumuzun olması ölkə sərhədlərinin təhlükəsizliyindən böyük əminlik yaradır.Baş verən hadisələrlə əlaqədar ürəyində vətən sevgisi olan minlərlə insan Vətənin müdafiəsinə qalxdi, hamı əlində üç rəngli bayrağımız orduya və Ali Baş komandanımıza dəstək üçün küçələrə axışdı.Bununla bərabər, ölkəmizdən kənarda yaşayan gənclərimiz səsimizə səs verdilər. Düşmənlə üz-üzə dayanıb vetenimizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün əllərindən gələni etdilər.Bir çox ölkələrdə başladılan aksiyalarda xalqımızın birliyi, vetenperverliyi öz sözünü deyirdi.Biz öz gücümüzlü qürrələnərkən, ermənilər də öz gücsüzlüyünü gizlətmək üçün təxribata əl atırdı.Bu əslində bizim üçün fürsət idi, ermənilər öz vandallığını, vəhşiliyini öz nümunəsində dünyaya təqdim edirdi.

Haqq səsimizi dünyaya çatdırmaq üçün sosial şəbəkələr vasitəsilə bir çox haştaqlar yaradıldı, gənclərimiz səfərbər olub #KharabakhisAzerbaijan haştağı ilə dünya trendində 5-ci yerə qədər yüksəldi, bu ugurun başlanğıcı idi.Daha sonra başladılan petisiyanın nəticəsi olaraq Amerika Birləşmiş Ştatları rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Biz bununla böyük bir divarı tərpədə bilmişdik. Əsgərlərimiz səngərdə, gənclərimizdə informasiya müharibəsində öz gücünü, birliyini nümayiş etdirdi.

Könül Əhmədova,
YAP Qaradağ rayon təşkilatı GB-nin sədr müavini

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO