Siyasi 24.04.2019 15:12

Ermənistan və havadarları təxribat hazırlayır

Azərbaycanın iqtisadiyyatı, müdafiə qüdrəti gücləndikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca təcavüzkar Ermənistan buna ancaq müxtəlif istiqamətlərdə, müxtəlif səviyyələrdə təxribatlar törətməklə cavab verə bilir. Bu günlərdə Ermənistan və onların havadarları tərəfindən Azərbaycana qarşı növbəti təxribat həyata keçirilib və növbəti təxtibat hazırlanır.

Rakus.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

R.Əliyev bildirib ki, mövcud qaydalara görə, BMT təşkilata üzv olan hər bir ölkənin insan hüquqları üzrə illik hesabatını qəbul edir. Ancaq budəfədəki hesabatda Ermənistan tərəfindən təxribata yol verilib: “Xaricdəki havadarlarının köməyi ilə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin rəsmi saytında yerləşdirməyə nail olub. Düşmən ölkə çox yaxşı başa düşür ki, Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir. Buna görə də onların ümidi yalnız informasiya müharibəsinə qalıb. Bu vaxta kimi Ermənistanın çoxsaylı təxribatlarına şahid olmuşuq. Ancaq bu dəfə onlar üçün bu təxribata BMT şərait yaradıb”.

O qeyd edib ki, BMT-nin müvafiq qurumlarının bu hərəkətini heç cür başa düşmək olmur: “Hamıya məlumdur ki, BMT 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixli qətnamələri ilə və müxtəlif vaxtlarda qəbul etdiyi bəyanatlarla Ermənistandan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz çıxarmağı tələb edib. Qətnamələrin qəbul edilməsindən 26 il keçməsinə baxmayaraq, təcavüzkar dövlət BMT-nin bu qətnamələrini heçə sayaraq işğalı davam etdirir.

Bir tərəfdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr, bəyanatlar, digər tərəfdə separatçı rejimin hesabatının rəsmi saytda yerləşdirilməsi. Bu, necə baş verə bilər? Bu onu göstərir ki, Ermənistan rəhbərliyi, onları dəstəkləyən xaricdəki havadarları bütün vasitələrdən istifadə edərək öz məqsədlərinə informasiya müharibəsində üstünlüyə nail olmaqla çatmaq istəyirlər. Bu qüvvələr BMT-yə də ayaq aça biliblər. Belə halların qarşısının alınması, gələcəkdə bir daha baş verməməsi üçün bu məsələ müvafiq qurumlar tərəfindən ciddi surətdə araşdırılmalı və qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.

Deputat deyib ki, Ermənistan tərəfindən növbəti təxribat hazırlanır: “Müxtəlif kütləvi informasiya vasitələrində yayılmış məlumatlara görə, Bolqarıstanda Hitlerin yaxın silahdaşlarından biri olmuş, Vermaxtın erməni cəza legionunun yaradıcısı “general Njde” kimi tanınan, II Dünya müharibəsi zamanı yüz minlərlə günahsız insanın qətlində iştirak etmiş Qaregin Njdeyə Bolqarıstanın Pliska şəhərində abidə qoymaq nəzərdə tutulub. Njde Ermənistanda milli və etnik zəmində nifrəti təbliğ edən nəzəriyyənin banisi hesab edilir. Onun başçılıq etdiyi hərbi birləşmələr tərəfindən 1918-1920-ci illərdə Zəngəzur qəzasında 10 mindən çox azərbaycanlı qətlə yetirilib, 115 Azərbaycan kəndi yerlə-yeksan olunub. O, eyni zamanda, “böyük Ermənistan” ideyasının müəlliflərindən biridir. Məqsəd qonşu dövlətlərin, ilk növbədə isə Azərbaycanın torpaqları hesabına “böyük Ermənistan” yaratmaqdır. İkinci Dünya müharibəsi bitdikdən sonra keçmiş SSRİ-nın hərbi tirbunalı tərəfindən Njde hərbi cinayətkar kimi məhkum olunub”.

R.Əliyev bildirib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə görə hərbi cinayətlərdə iştirak edən, İkinci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidələrin, xatirə lövhələrinin qoyulmasının qarşısının alınması üçün üzv dövlətlərə çağırış edilib:

“Bu cəllada, erməni faşistinə artıq Yerevanda milli qəhrəman kimi abidə qoyulub. Bu hadisəyə Rusiya, Azərbaycan və daha bir neçə ölkə öz etirazını bildirsə də, ümumilikdə dünya ictimaiyyəti, özlərini yüksək demokratik dəyərlərə sahib, insan hüquqlarının hər şeydən üstün olduğunu bəyan edən Qərb ölkələri susdular və indi də susurlar. Bu, dünyada ikili standartların ən yüksək səviyyədə davam etdiyini göstərir. Buna yol vermək olmaz, bu abidənin qoyulması II Dünya müharibəsində həlak olan milyonlarla günahsız insanın ruhlarına xəyanət olar. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri, birinci növbədə Bolqarıstan hökuməti bu utancverici məqsədin qarşısının alınması üçün lazımi tədbirlər görməlidirlər”. (Trend)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO