Elm və təhsil 24.04.2019 15:39

DİM ÖZƏL AÇIQLAMA verdi

Əvvəlki illərin məzunları, xüsusilə I, IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır.

Rakus.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, abituriyentlər imtahana gələrkən sənədləri ilə bağlı da diqqətli olmalıdırlar:

“Mütləq şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Bəzən görürük ki, onlar imtahana şəxsiyyət vəsiqələrinin sürətini gətirirlər. Şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi onların mütləq üzərində olmalıdır”.

X.Xanlarzadə qeyd edib ki, imtahana vaxtında gəlmək vacibdir:

“İmtahan saat 11-də başlayır. Amma imtahana buraxılış vərəqəsinin üzərində imtahana gəlmək vaxtı neçə göstərilibsə, həmin vaxt gəlmək vacibdir. Çünki imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Burda abituriyentlərin dinləmə bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayır. Ona görə də sakitliyin təmin olunması üçün imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır”.

Mətbuat katibinin sözlərinə görə, qaydaları pozan abituriyentlərin nəticələri ləğv olunacaq.

“Qadağan olunmuş vasitələr – hər hansı konspekt, mobil telefon, əlavə vərəq, dəftər, kitabça imtahana buraxılmayacaq. Üzərində mobil telefon aşkar olunan abituriyent dərhal imtahan binasından xaric olunur. Onların nəticələri ləğv olunur. Eyni zamanda onlar imtahanın ikinci mərhələsinə buraxılmırlar”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO