Həbib gələn il Jorj Sen-Pyer ilə döyüşəcək
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov 2021-ci ilin yazında kanadalı idmançı Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib.
Rakus.az xəbər verir ki, bu barədə idmançı mətbuat konfransında məlumat verib. H.Nurməhəmmədov qeyd edib ki, Jorj Sen-Pyer ilə döyüşmək onun və mərhum atasının arzusu olub.
O, amerikalı Castin Getji ilə oktyabrın 24-də baş tutacaq qarşılaşmadan qalib ayrılacağı təqdirdə, apreldə kanadalı rəqibi ilə döyüşə biləcəyini vurğulayıb.
H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Otuz bir yaşlı idmançı keçirdiyi 28 döyüşün hamısında qalib gəlib.
Jorj Sen-Pyer isə karyerası ərzində 28 döyüş keçirib, onlardan 26-da qalib gəlib.