Gündəm 15.08.2020 11:48

Toyxanalar yenə açılmadı – RƏSMİ

“İctimai iaşə obyektlərində, açıq havada şənliklərin keçirilməsini nəzərdə tutmuruq”.

Rakus.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır və masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: “Digər hallarda isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metrlik ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq”.

Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

O deyib ki, iyulun 3-dən 14 509 nəzarət tədbiri həyata keçirilib. Nəticədə 1 708 pozuntu halı müəyyənləşib. “Bu isə ümumi yoxlamanın 11,8%-ni təşkil edir.  Burada müsbət tendensiya müşahidə olunur. Məsələn, ilk iki həftədə 25-30%-də pozuntu aşkarlanırdısa, indi 11,8%-ə edib”.

COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb

Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı 2-ci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi hissəsi başa çatıb.

Onun sözlərinə görə, bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib: “Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımı edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.

S.Musayeva qeyd edib ki, sahibkara muzdlu işçilərinə görə əmək haqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulub: “Belə ki, avqust-sentyabr aylarında aylıq əmək haqqı fondunun ödənilməsi təmin ediləcək”.

Sanitar qovşaqdan istifadə qadağa olunacaq?

“Fəaliyyətinə icazə verilən ictimai iaşə obyetlərinin daxilində sanitar qovşaqdan istifadə ilə bağlı qadağa müəyyən edilməyib”.

O bildirib ki, hər bir sahibkar sanitar qaydalara əməl etməli, dezinfeksiya vasitələrindən istifadə etməlidir:

“Sanitar qovşaqla bağlı xüsusi qeydin olmamasına baxmayaraq, istənilən sahibkarlıq subyektində ara məsafənin qorunması tələbi müəyyən olunub. Həmin tələblərin qorunması şərti ilə hansısa iaşə obyektində sanitar qovşağın fəaliyyət göstərməməsi ilə bağlı hansısa qeyd müəyyənləşməyib”.

Samirə Musayeva: Yeni bank kreditlərinə dövlət zəmanəti veriləcək

İyunun 30-dan etibarən fəaliyyət göstərən Rəqəmsal Kredit Platforması vasitəsi ilə 500 mln manat məbləğində yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, artıq iyul ayının 25-dən sahibkarlara kreditin alınması ilə bağlı eyni vaxta 3 bank seçmək imkanı verilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı və Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilməsi nəzərdə tutulub. Sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçiriləcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO