“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarını qəbul edib, texniki qulluq göstərib və baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar
Azərbaycan tankçıları avqustun 23-də Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaqlar.
Müsabiqə sentyabrın 5-dək davam edəcək.