Daha 11 komanda növbəti mərhələyə yüksəldi
Tiraspol təmsilçisi ilə yanaşı, daha 10 komanda II mərhələyə adlayıb. Məğlub olanlar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər.
Avqustun 19-na nəzərdə tutulan “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) oyunu isə qonaq komandanın bir futbolçusunda və əməkdaşında koronavirus aşkarlandığı üçün təxirə salınıb.
Çempionlar Liqası
I təsnifat mərhələsi
19 avqust
19:00. “Ararat” (Ermənistan) – “Omoniya” (Kipr) – 0:1
Qol: Tiaqo Santos, 94
Qırmızı vərəqə: David Umanyes, 98
20:00. “Molde” (Norveç) – “KuPS” (Finlandiya) 5:0
Qollar: Eyrik Hestad, 26. Maqnus Eykrem, 37. Ohi Omoyjuanfo, 65. Markus Pedersen, 90. Erlinq Knudtson, 90+3
20:30. “Flora” (Estoniya) – “Suduva” (Litva) – 1:1 (penaltilərlə – 2:4)
Qollar: Rauno Sappinyen, 49 – Mihret Topçagiç, 78 – penalti
21:00. “Tselye” (Sloveniya) – “Dandolk” (İrlandiya) 3:0
Qollar: Luka Kerin, 43. Dario Vizinger. 89, Filip Danqubiç, 90+5
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) 0:2
Qollar: Aqustin Torassa, 45+4. Marsel İsmailceçi, 86
21:00. “Ferentsvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) 2:0
Qollar: Tokmak Nquen, 33, 62
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Riqa” (Latviya) 2:0
Qollar: Nik Blekmen, 58 – penalti, 88 – penalti
22:00. “Buduçnost” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan) 1:3
Qollar: İqor Çukoviç, 31 – İxinio Marin, 12. Mavis Çibota, 25. Kauli Oliveyra Souza, 90+3
22:00. “Konnas Ki” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina) – 0:2
Qollar: Bencamin Tatar, 16, 65
22:00. “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) 2:0
Qollar: Anatol Abanq, 33. Andrey Lukiç, 80
23:00. “Floriana” (Malta) – ÇFR (Rumıniya) – 0:2
Qollar: Mayk Sestor, 53. Ketelin Qolofka, 90+7
Qeyd edək ki, ilk oyun günündə “Qarabağ”dan başqa, Polşanın “Legiya”, Belarusun “Dinamo” (Brest), Şotlandiyanın “Seltik” və Serbiyanın “Srvena Zvezda” komandaları da Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıblar.