İqtisadi 04.04.2020 12:35

Devalvasiya olacaqmı? – İqtisadçı ekspert Qafar Əliyev cavab verir - FOTO

Son aylardır davam edən COVİD-19 pandemiyası məlum olduğu kimi ümumilikdə dünya iqtisadiyyatına ciddi zərbələr vurmaqdadır. Bu da bəllidir ki, bu hal hansı dövrə qədər davam edəcəkdir məlum deyil. Ölkə rəhbərliyi hətta bu halın ibtidai xarakter daşıdığını da vurğulamışdır, və bu da ona dəlalət edir ki, davam edən pandemiya ciddi iqtisadi və eyni zamanda da sosial zərbələr endirməkdə davam edə bilər.

Əlbəttə, Azərbaycanda istənilən halda sosial problemlərin mövcüdluğunda söhbət gedə bilməz. Lakin, bununla bərabər iqtisadi problemlər isə qaçılmazdır. Ancaq hansı dərəcədə, bu başlıca məsələdir. Çünki bu gün ölkəmizdə ciddi iqtisadi immunitet formalaşmışdır, və ölkəmizin iqtisadi dözümlülüyü uzun müddət davam edəcəkdir.

Bu, ilk növbədə ona görədir ki, Azərbaycanın əhali sayı baxımından yetərincə valyuta ehtiyatı vardır, əqribi olaraq 53 mlrd ABŞ Dolları dəyərində. Digər bir tərəfdən, tədiyyət balansımız müsbətdir, və ən əsası da dövrüyyədə olan nəğd pul kütləsi o qədər də böyük rəqəmlərlə ölçülmür, bu da təqribi olaraq 16-17 mlrd AZN valyutası ilə.

Yəni, bir faktı qeyd etmək lazımdır ki, 2008-ci ildə Dünyada baş verən maliyyə böhranı zamanı Azərbaycanda dövrüyyədə nəğd vəsait təqribi olaraq 40 mlrd AZN-dən artıq idi. Bu da, öz növbəsində bu qədər vəsaitin dövlətin maliyyə təsisatları tərəfindən idarə olunmasında ciddi problemlər yaradırdı. Nəticədə dövlət devalvasiyaya getdi və AZN-nin məzənnəsi bəlli olduğu kimi qısa zamanda digər valyutalara nisbətən aşağı düşmüş oldu. Bu gün isə dövrüyyədə olan nəğd vəsaitin kütləsinin ciddi rəqəm olmaması, yəni öncəki dövrlərə nisbətən, real vəziyyətdə bu halın idarə olunması çox da mürəkkəb deyil.

Devalvasiya hələlik mümkün deyil

İqtisadi formulla göstərmək olar ki, haliyədə dövrüyyədə olan vəsaitin idarə olunmasına hökümət üçün yetərli rəqəm 3-5 mlrd AZN yetərincə kifayət edir. Bu da, mövcüd olan maliyyə ehtiyatlarımızla uzun müddət AZN-nin məzənnəsinin saxlanılmasına şərait yaradır. Yəni, yaxın vaxtlarda indki dünyada baş verən hadisələr davam edərsə, devalvasiyanın hələlik mövcüdluğundan söhbət açmağa dəyməz.

Lakin heç də unutmayaq ki, hal-hazırda neft qiymətlərinin kəskin aşağı düşməsi heç də ürək açan hal deyil…Yəni, u o deməkdir ki, gəlirlərimiz aşağı düşübdür, və gələcək dövr üçün qarant olmaya bilər. Əlbəttə, hökümət sekvestr xərcləri (daha zəruri hesab edilən xərclər) saxlayacaqdır, sosial proyektlər icra olunmaqda davam olunacaqdır. Lakin, digər gözlənilən yeni proyektlərin reallaşması hələ ki günün reallığı hesab edilə bilməz. Bir məqam da vardır ki, ölkədə ciddi şəkildə çox güman ki, yeni istehsal xarakterli müəssisələrin yaradılmasına zərurət yaranacaqdır. Bu, ona görədir ki, dünyada baş verəcək hadisələrin qarşının qismən alınmasına köməklik etmiş olsun, yəni ixracatdan qismən asılılığın minimuma endirilməsi. Misal olaraq, kənd təsərrüfatı sferasının daha da geniş şəkildə inkişaf etdirilməsi.

Təkcə bir faktı qeyd etmək lazımdır ki,  hələ COVİD-19 böhranından əvvəl bir sıra dövlətlər tərəfindən İrana ciddi sanksiyalar tətbiq edilmişdir. Lakin, İran hələ də bu kimi sanksiyaların qarşısında acizliyini göstərmədi, və demək olar ki, böyük həcmlə bu kimi halların qarşısını almaqla ölkənin iqtisadi vəziyyətdinə ciddi nüanslardan qaçmış oldular. Başlıca rolu isə İran üçün özünün kənd təsərrüfatı sektoru oynamış oldu.

Təkcə bir neçə faktı göstərmək olar ki, Birləşmiş Millətlər Təşkilatının kənd təsərrüfatı sahəsi üzrə hesab edilən təşkilatı FAO-nun (ingl.-Food and Agriculture Organisation) hesabatına əsasən İran bütövlükdə dünyanın ən azı 1\3 hissəsini kənd təsərrüfatı ərzaqları ilə təmin eməsinə qadirdir.

Bütövlükdə isə cəmi olaraq Fars körfəzi ölkələrinin hamısını kənd təsərrüfatı ərzaqları ilə təmin edir, buraya isə daxildir Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və s.

Statistikaya nəzər yetirsək görərik ki, İran ümumilikdə gündəlik və daha vacid hesab edilən 20 ərzaq növü üzrə Dünyada istehsal üzrə 7 ölkədən biridir, digər vacid hesab zəruri hesab edilən 15 ərzaq növü üzrə Dünyada 3-cü yerdədir, və kənd təsərrüfatı üzrə daha vacib hesab edilən 29 növ məhsul üzrə İran dünyada 20 ən iri istehsalçı və ixracatçı ölkələr sırasındadır.

Nəzər yetirək Türkiyənin kənd təsərrüfatı sektoruna, ölkə üzrə kənd təsərrüfatının bitkiçilik sektoru ümumilikdə 60%-a yaxındır, heyvandarlıq isə 30%-a yaxın və ölkənin 30%-a yaxın işlək əhalisi məhz bu sahədə çalışır. 2000-ci illərin əvvəlindən bu günədək bu sektorda maliyyə dəstəyi və ümumi investisiya qoyuluşu 40%-dək artmışdır. Və, onu da qeyd etmək lazımdır ki, Türkiyə bir sıra məhsullar üzrə dünyada 6-cı 7-ci yerləri bölüşür. Eyni zamanda isə qarşıya qoyulan məqsədlər üzrə Türkiyə 2023-cü ilədək kənd təsərüfatı məhsullarının ixracatını 40-45 mlrd ABŞ Dolları həcmində qaldırılmasını təmin edəcəkdir. Bu da əlbəttə ki bir ölkə üçün olduqca böyük rəqəmdir.

Kanadaya nəzər yetirək, təkcə bu gün Kanada da kənd təsərrüfatı fermerlərinin sayı 230 mindən yuxarıdır, bu rəqəm Ukraynada cəmi 40 mindən yuxarıdır, 50% yuxarı ət məhsulları ixracata gedir, bu da özlüyündə ciddi rəqəm hesab edilir əlbəttə.

Bu gün Almaniyada 1 fermer ümumilikdə 142 nəfəri qidalandırmağa malikdir, Dünyada kənd təsərrüfatı məhsullarının ixracına görə isə Almaniya 3-cü yeri qoruyub saxlamaqdadır. Və il ərzində bu ölkədə kənd təsərrüfaı sahəsində çalışanlar ümumilikdə dövlətin büdcəsinə 50 mlrd Avrodan çox gəlir gətirirlər.

Qeyd olunanlara nəzər yetirsək görərik ki, istənilən bir halda kənd təsərrüfatı sektoru olduqca prioritet və gəlirli sahə hesab edilir. Əlbəttə, danılmaz haldır ki, təkcə ötən il ərzində Azərbaycanda kənd təsərrüfatı üzrə artım tempi 4 dəfədən artıq olmuşdur, bu da çox ciddi rəqəmdir ümumilikdə. Lakin bu gün ölkə üzrə ÜDM-də (Ümumi Daxili Məhsul) kənd təsərrüfatının payı 7% keçməkdədir. Bu da özlüyündə kiçik rəqəm sayılmır əlbəttə. Sadəcə bir reallıq vardır ki, Azərbaycanda bu sektorda ekstensiv artım intensiv artımı üstələyir.

Rəqəm kimi götürsək, qeyd edə bilərik ki, təqribi olaraq əhalinin 36-% bu sahədə çalışır. Lakin məhsuldarlığın çox olması heç də gəlirliyin artım demək deyil, və bir sıra təbii səbəblərdən maddi cəhətdən artımın əldə edilməsi çətin hal kimi hesab edilir, bura daxildir iqlim şəraiti, suvarma və s. bu kimi texniki səbəblər. Lakin bu o demək deyildir ki, çixilmaz vəziyyət halı yaranıb. Əlbəttə xeyir! Hökümət yetərincə ciddi səy göstərir ki, istənilən halda bu sektor daha da inkişaf etsin.

Onu da qeyd edək ki, bu sektorun inkişafı yuxarıda qeyd etdiyimiz kimi bu günün reallığı üçün olduqca zəruridir. Yəni, bununla da bərabər tekstil və bu tipli sektorların da inkişafı mütləqdir. Çünki, istənilən halda ixracatdan asılılığı minimuma endirilməsi olduqca prioritet məsələ hesab edilir ölkə əhalisi üçün də, hökümət üçün də.

Bəzi hallarda sual yaranır ki, neftin də ixracatı əvəzinə neft məhsullarının istehsalına önəm verilsin. Lakin unutmaq lazım deyil ki, neft sektoru olduqca ciddi maliyyə tutumlu sahədir. Yəni çox ciddi rəqəmlərlə ölçülən investisiya tələb edən sahədir qeyd olunan mövzü. Belə ki, təkcə bir məqamı diqqətinizə alın ki, neft ayırma zavodlarının yenidən qurulması üçün 30-40 mlrd ABŞ Dolları həcmində investisiya tələb olunur. Bu gün istənilən halda bu kimi risklərlə üzləşməyinə dəyməz.

Onu nəzərə almaq lazımdır ki, SOCAR vasitəsilə Türkiyədə qurulan zavodlar(Star neft emalı və digər şirkətlər) üçün proyektin sonunda SOCAR məcburi olaraq vəsaitin tam əldə olunması üçün yenidən Dövlət Neft Fonduna (ARDNF) müraciət etmiş olmuşdur. Çünki sərfiyyatın bir qismi gözlənilməz rəqəmlərlə üzləşmişdir, və bu kimi hallar da istənilən iri həcmli proyektlərin icrası zamanı baş verir və mütləq haldır. Yəni, düşünməyək ki, niyə hökümət bu yolla da büdcənin artımına əl atmır. Bir mənalı olaraq bu gün bir reallıqdır ki, neft sektoruna bu qədər vəsaitin yatırılması iqtisadi cəhətdən olduqca əlverişsizdir. Hələ 1994-cü ildə Əsrin Müqaviləsi imzalanarkən Azərbaycanın büdcəsinin gücü yetmirdir ki, 150-200 mln ABŞ dolları həcmində olan layihələri reallaşdırsın.

Qısaca qeyd etmək lazımdır ki, Azərbaycan istənilən halda baş verən bu kimi böhranların öhdəsindən gəlməyə qadirdir. Bu gün yaşanan COVİD-19 böhranı heç şübhəsiz ki, imkan verəcəkdir ki, yeni proyektlər gerçəkləşdirməklə ölkənin iqtisadi vəziyyətini daha da sağlam şəkildə qurulmasına səbəb olsun. Bir mənalı olaraq isə kiçik sahibkarlıq sahələri üçün daha da ciddi stimular yaratmaqla, ticarət sektorunu qismən kənarlaşdırmaq lazımdır. Və təbii ki, hökümətin və dövlətin maddi və hüquqi cəhətdən ciddi şəkildə dəstəyi olmaqla.Bir sözlə bəlkə də bu şərait imkan verəcəkdir ki, ölkəmizdə daha da səmərəli iqtisadi mexanizm işlənib hazırlansın.

XƏBƏR LENTİ
Maraqlı, Siyasi / 03.07.2024 22:34
I Pavelin qızının şərəfinə qoyulan oğuz yurdu - FOTO - VİDEO
Təhlil / 03.07.2024 15:12
Təkqütblülükdən xilas olmağın yolu – ŞƏT-in təhlükəsizlik imkanları
Siyasi / 03.07.2024 13:49
Çarın bu qızının şərəfinə qoyulan oğuz yurdu – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2024 22:43
“Türklərin Qafqazdakı varlığını 11-ci əsrdən götürmək utopiyadır” - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 02.07.2024 18:36
“Ümumi oyunun bir hissəsi Ermənistanı Fransanın forpostuna çevirməkdir” - VİDEO
Təhlil / 02.07.2024 16:57
İlham Əliyevin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış – TƏHLİL
Siyasi, Video müsahibə / 02.07.2024 12:24
Ermənistan kimin forpostu olur?- ANONS - VİDEO
Müsahibə / 01.07.2024 22:30
“Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir” - VİDEO
Elm və təhsil / 01.07.2024 13:45
Xəzərlərin etnik kimliyi – ANONS
Maraqlı, Sosial / 29.06.2024 22:01
“Şorcalı mordvin gənci türk casusu adı altında İrəvanda öldürülüb” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Maraqlı, Sosial / 28.06.2024 22:46
“Qonaq gələnlər maşını kənddə qoyub Gorusa erməni nömrəsi olan maşınla, avtobusla gedirdilər” - FOTO - VİDEO
Təhlil / 28.06.2024 15:23
Ermənistanın nicatı və Aİ-yə açılan yol – TƏHLİL
Sosial / 28.06.2024 13:22
“Anam rəhmətə gedəndə dedi ki…” Roza Cavadovanın “Həyat Hekayəsi”- ANONS - VİDEO
Hərbi, Təhlil / 27.06.2024 22:16
“Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır” - FOTO - VİDEO
Təhlil / 27.06.2024 17:30
Beynəlxalq səviyyəli münaqişələrdən necə istifadə edilir – TƏHLİL
Hərbi / 27.06.2024 13:32
Ermənistan təxribata əl atarsa… – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 26.06.2024 22:21
Yerli əhalisi erməni kimi qələmə verilən Vorontsovka rayonu - FOTO - VİDEO
Hərbi / 26.06.2024 20:59
Silahlı Qüvvələrimiz dövlətimizin gücü, dayağıdır
Elm və təhsil / 26.06.2024 12:55
Rusların əli ilə erməniləşdirilən məkan – ANONS - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO