Siyasi 21.04.2020 17:25

“Azərbaycan koronavirusla mübarizədə nümunə göstərilir” – deputat

“Müstəqil Azərbaycan dünyanın koronavirus pandemiyası ilə üz-üzə dayandığı bu çətin vəziyyətdə özünün iqtisadi və sosial gücünü bir daha göstərdi”.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.

O bildirib ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri Beynəlxalq Valyuta Fondu və Dünya Bankından, digər beynəlxalq qurumlardan yardım üçün müraciət etdiyi halda, Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmənin” öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirir: “Prezident İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində ölkəmizdə vəziyyət sabitləşib. Vətəndaşların təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Məhz bunun üçün Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkə kimi, eyni zamanda, dövlətimiz bu sahədə artıq model ölkə kimi nümunə göstərilir. Pandemiya dövründə, xüsusən, son günlərdə əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı atılan addımlar təqdirəlayiqdir. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların sosial təminatına və məşğulluğuna yönəldilib. Dövlətin hazırladığı dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığını təmin edilməsi mərhələli şəkildə həyata keçirilir”.

Parlament üzvünün sözlərinə görə, aprelin 14-də videokonfrans şəkildə keçirilən iqtisadi müşavirədə, eləcə də İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin rəhbərləri ilə onlayn görüşündə dövlətimizin başçısının vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı verdiyi göstəriş və tapşırıqlar cəmiyyətimiz tərəfindən böyük razılıqla qarşılanıb.

“Məhz Prezidentin qərarı ilə işsiz insanlara müavinətin ödənilməsi artıq 200 min deyil, 600 min nəfəri əhatə edir. Eyni zamanda, sosial paket layihəsi çərçivəsində ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi də diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri və fərdi sahibkarlar da pandemiya dövründə sosial paketlərdən yararlana biləcəklər. 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi böyük dəyərin göstəricilərindən biri də odur ki, ilin sonuna qədər nəzərdə tutulan bütün sosial proqramlar həyata keçiriləcək, məcburi köçkünlər və digər kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan layihələr icra ediləcək. Verilən qərarlar, icra edilən layihələr bir daha təsdiq edir ki, ciddi ehtiyatlara söykənən ölkə iqtisadiyyatının bütün resursları sosial sahədə çalışan vətəndaşlarımızın rifahına hesablanıb, onların xidmətinə yönəldilib”, – deputat vurğulayıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO