Hərbi 15.02.2020 12:56

Zakir Həsənov cəbhə ilə bağlı tapşırıq verdi - FOTO

“Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı keçirilməlidir”.

Rakus.az xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov deyib.

Bu gün Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Müşavirədə Prezidentin köməkçisi – Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Müdafiə naziri Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdıraraq yeni tədris dövründə qarşıda duran məsələlərin tam həcmdə yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Cəbhədəki əməliyyat şəraitini təhlil edən general-polkovnik Z.Həsənov müdafiənin ön xəttində vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, onun ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması, bölmələrimizin şəxsi heyətinin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin çətin relyefli ərazilərdə, xüsusilə yüksək dağlıq bölgələrdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki ehtiyatlarla fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı, intensiv radioelektron mübarizə şəraitində keçirilməsi ilə əlaqədar tövsiyələrini verib.

Döyüş hazırlığı və hərbi təhsil məsələlərinə toxunan Müdafiə naziri hərbi təhsil sistemi və peşəkar hərbi kadrların hazırlanmasında qabaqcıl təcrübə və yeniliklərin tətbiqi, döyüş təminatını müəyyən edən vəzifələrin daha təcrübəli hərbi qulluqçularla komplektləşdirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinin vacibliyini xüsusi qeyd edib.
Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini yüksək qiymətləndirən Müdafiə naziri ideoloji işin gücləndirilməsi, hüquq qaydaları və hərbi intizamın, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi heyətin tibbi nəzarətinin möhkəmləndirilməsi, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO