İdman 14.07.2020 13:34

Abdullah Zubir ən yaxşı futbolçu seçildi

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Rakus.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi səsvermədə ümumilikdə 184 nəfər (176 futbolçu, 8 baş məşqçi) iştirak edib.

“Qəbələ”nin 26, “Neftçi”nin 25, “Sabah”ın 24, “Qarabağ”, “Keşlə”, “Sumqayıt” və “Səbail”in 22, “Zirə”nin 21 oyunçusu öz variantını açıqlayıb.

Səsverənlər ümumilikdə 46 futbolçu arasında seçim ediblər. Nəticədə “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeş əsilli fransalı oyunçu 42 səs toplayıb. Səsvermədə 2-ci yeri 17 səslə “Qarabağ”ın digər yarımmüdafiəçisi Qara Qarayev tutub. Ondan 5 səs geri qalan “Keşlə”nin paraqvaylı orta sahə oyunçusu Sezar Meza Kolli isə 3-cü yerə sahib çıxıb.

Bundan başqa, Mahir Emreli 11 (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Amin Seydiyev(“Qəbələ”/”Sabah”), İsmayıl İbrahimli (“Qarabağ”) 10, Stiven Monroz 5, Xayme Romero (“Qarabağ”), Baqali Dabo (“Neftçi”/”Apollon”, Kipr), Vüqar Mustafayev (“Sumqayıt”), Elvin Camalov (“Zirə”), Slavik Alxasov (“Keşlə”/”Sabah”) 4, Ədilxan Qarəhmədov (“Səbail”), Cavid Hüseynov (“Zirə”/klubsuz), Bədavi Hüseynov (“Qarabağ”) 3, Ruslan Qurbanov (“Keşlə”/klubsuz), Rəhim Sadıxov (“Sumqayıt”), Maykl Essyen (“Səbail”), Filip Ozobic (“Qarabağ”), Tural Bayramlı (“Keşlə”), Anton Krivostyuk, Səlahət Ağayev (həri kisi “Neftçi”), Murad Musayev (“Qəbələ”) hərəyə 2 səs yığıblar.

Həmçinin 22 futbolçuya – Rəşad Sadıqov (“Qarabağ”/karyerasını bitirib), Donald Gerye (“Neftçi”/“Qarabağ”), Sertan Taşkın (“Sumqayıt”/“Zirə”), Şəhriyar Əliyev (“Sumqayıt”/”Keşlə”), Peyman Babayi (“Sumqayıt”/klubdan ayrılıb), Nicat Süleymanov (“Zirə”/klubsuz), Ruslan Abışov, Cavid Tağıyev, Xulio Sezar Rodrigez, Ramil Şeydayev (hamısı “Sabah”), Rəşad Əzizli, Vüsal İsgəndərli, Rəşad Sadiqov (hamısı “Keşlə”), Kamal Qurbanov, Rahid Əmirquliyev Ruslan Hacıyev (hamısı “Səbail”), Cəmaləddin Xocaniyazov, Əmir Ağayev (hər ikisi “Sumqayıt”), Ömər Buludov, Mamadu Kane (hər ikisi “Neftçi”), Miçel Madera (“Qarabağ”) və Tellur Mütəllimova (“Zirə”) cəmi 1 nəfər səs verib.

Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

Mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Keşlə”yə məxsus Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO