Təhlil 23.05.2019 23:12

ABŞ-da İran siyasəti ilə bağlı fikir ayrılığı yaşanır – TƏHLİL - FOTO

Prezident Trampın milli təhlükəsizlik müşaviri çərşənbə axşamı ABŞ qanunvericilərinə deyib ki, İranla Birləşmiş Ştatlar arasında artan gərginlik İslam Respublikasının qırx ildir sərgilədiyi aqressiyanın bir hissəsidir.
Rakus.az xəbər verir ki, lakin administrasiyanın yürütdüyü arqument demokrat qanunvericiləri qane etmir. Onlar Yaxın Şərqdə daha ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır”.

Administrasiya Konqresdə öz mövqeyini paylaşıb.

“Biz vəziyyətin gərginləşməsini istəmirik. Məqsəd onları qorxutmaqdır, müharibə etmək deyil. Biz müharibəyə hazırlaşmırıq. Bunun məqsədi Yaxın Şərqdəki maraqlarımızı qorumağa davam etmək və oradakı missiyalarımızı yerinə yetirməkdir”, – Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bildirib.

Dövlət katibi Mayk Pompeo deyib ki, bu yaxınlarda İran körfəzindəki neft tankerlərinə və Səudiyyənin boru kəmərlərinə hücumlar İranın işi ola bilər. Əgər bu davam etsə, prezident cavab tədbiri görməyə açıqdır.

“Fikrimcə, İran nə isə etsə, böyük səhv etmiş olacaq. Əgər onlar nə isə etsə, böyük güclə qarşılaşacaq, amma onların nə isə edəcəyinə dair bir əlamət yoxdur”, – Donald Tramp söyləyib.

Lakin brifinq bəzi qanunvericiləri qane etməyib.

“Mən çox narahatam ki, biz qəsdən və ya istəmədən müharibənin baş verəcəyi bir vəziyyət yarada bilərik. Belə bir şey baş versə, bu müharibə illər boyu davam edəcək”, – senator Berni Sanders deyib.

“Twitter”də isə söz müharibəsi aparılıb. Orada İranın xarici işlər naziri Məhəmməd Zərif Prezident Donald Trampa belə yazıb: “Hörmət etməyə cəhd et. Bunun nəticəsi olur”.

Demokratlar deyirlər ki, Tramp administrasiyasının İranla nüvə razılığından geri çəkilməsi ABŞ-ın İran üzərindəki gücünü aradan qaldırıb.

“Əgər iranlılar danışıq aparmağa hazır deyilsə və regionda təhrikedici əməllərini artırırlarsa, bu, bizim hazırda apardığımız siyasətin nəticəsidir”, – demokrat senator Kris Mörfi bildirib.

ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan və dövlət katibi Mayk Pompeo
ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan və dövlət katibi Mayk Pompeo

Amma respublikaçılar deyirlər ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyi nəticə verib.

“Biz elə bir məqamdayıq ki, rejimə müqavimət göstəririk və danışıq aparmağın qaydalarını dəyişirik. Biz onlara bildiririk ki, ‘siz keçmişdə bizə hücum etmisiniz, İraq müharibəsində onları 300 amerikalılnın ölümünə səbəb olan əldəqayırma partlayıcı qurğularla təmin etmisiniz. Amma o günlər artıq geridə qalıb’”, – respublikaçı senator Lindsi Qraham söyləyib.

Demokratlar isə bildirilər ki, bu mövqenin əsasında siyasət dayanır.

“Dövlət katibi Pompeo çox uzun siyasi arqument irəli sürdü. O, mən onun sözünü kəsənə qədər 10 dəqiqə boyunca İranın dəhşətli əməllərindən bəhs etdi. Amma komitənin hər bir üzvü qalxıb, ‘biz İranın pis olduğunu bilirik. Bizim bununla bağlı gələcək siyasətimiz nə olacaq’ dedi”, – Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit vurğulayıb.

Bir sözlə, ölkədaxili siyasi narahatlıqlar Trampın İranla bağlı strategiyasının xarici siyasət baxımından fikir ayrılıqlarına sahib iki partiya tərəfindən təsdiqlənməsini çətinləşdirə bilər, çünki artıq getdikcə daha çox demokrat prezidentin impiçmentinə çağırır.

 

XƏBƏR LENTİ
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO