Təhlil 24.09.2019 23:39

ABŞ-dan Qarabağa sülh gəlmədi – nəticəsiz Nyu-York görüşü -TƏHLİL - FOTO

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT-nin Təhlükəsizlik Şurasının 71-ci iclası çərçivəsində görüşü keçirilib.

Rakus.az xəbər verir ki, sentyabrın 23-də baş tutan görüşü Azərbaycanın siyasi dairələrində birmənalı qarşılanmadı.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti görüşü belə şərh edib: “Görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək, bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılıb”.

Bundan əlavə, ABŞ-da səfərdə olan nazir Elmar Məmmədyarovun ATƏT-in Baş katibi Tomas Greminger ilə görüşündə Qarabağ mövzusu müzakirə olunub.

E.Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti Baş katibin diqqətinə çatdırıb. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.

O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd edib. Daha sonra Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk qrupunun həmsədrləri ilə Nyu-Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verib.

Nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Münaqi.ənin tarixçəsi

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb
Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Həmsədrlərin 9 mart bəyanatı

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda tərəfləri aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyib: “Münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri – xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,”- sənəddə qeyd edilir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO