Gündəm 12.10.2019 23:39

ABŞ “dayan”, NATO “təmkinli ol”, Türkiyə “əməliyyata davam” deyir – TƏHLİL - FOTO

Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar şənbə günü Suriyanın sərhəddə yerləşən Ras əl Eyn şəhərinin nəzarətini ələ keçirib.

Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin yüksək vəzifəli təhlükəsizlik rəsmisi xəbər verib: “Milli ordu bu səhər şəhərin mərkəzinin nəzarətini ələ keçirib. Yaşayış sahələrində yoxlanış aparılır”.

ABŞ qoşunları Türkiyə mövqelərindən atılan artilleriya atəşinə tuş gəlib. Türkiyə qüvvələri gecə Ras əl Eynə bombardmanını gücləndirib.

Birləşmiş Ştatlar Ankaranı ABŞ-ın dəstəkləfiyi kürd YPG qüvvələrinə qarşı hücumu dayandırmağa inandırmaq səylərini gücləndirib və Ankaranın iki ölkə arasındakı əlaqələrə “böyük ziyan” vurduğunu və sanksiyalarla üzləşə biləcəyini bildirib.

Türkiyə hərbi əməliyyata ABŞ Preidenti Donald Tramp bazar günü Prezident Rəcəb Tayyib Ərdoöanla telefon danışığı aparandan və kürd qüvvələri ilə birlikdə döyüşən ABŞ qoşunlarını Suiryadan çıxarandan sonra başlayıb.

Beynəlxlaq ictimaiyyət hücumu qınayıb və onun humanitar nəticələri ilə bağlı narahatlığını ifadə edib. Suriyanın kürdlərin başçılıq etdiyi administrasiyası bildirib ki, hücumun nəticəsində, təxminən, 200 min insan didərgin düşüb.

Ərdoğan hərbi əməliyyatla bağlı tənqidlərə əhəmiyyət verməyib və cümə günü axşam deyib ki, Türkiyə “kimin nə dediyindən asılı olmayaraq, əməliyyatı dayandırmayacaq”.

Türkiyənin artilleriya atəşi nəticəsində Rəs əl Eyn şəhərinin üstünü tüstü bürüyüb, Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar daha öncə deyiblər ki, onlar Ras əl Eyni Tel Əbyadla birləşdirən yolu kəsib və əməliyyat başlayanadan bəri 18 kəndi ələ keçirib.

Pentaqon cümə axşamı ABŞ qoşunlarının Suriyanın sərhəddə yerləşən Kobani şəhərində Türkiyənin artilleriya atəşinə tuş gəldiyini, amma heç bir əsgəri xəsarət almadığını bildirib.

Türkiyənin müdafiə naziri deyib ki, Türkiyə qüvvələri ABŞ bazasına atəş açmayıb və ona hər hansı ziyanın dəyməsinin qarşısını almaq üçün bütün tədbirlər görülüb.

Pentaqon Türkiyəni Suriyadakı əməliyyatlarını dayandırmağa çağırıb.

ABŞ-ın Müdafiə Nazirliyi hərbi əməliyyatların İŞİD-ə qarşı mübarizədəki inkişaflara mane olduğunu və ABŞ qüvvələrinə təhlükə yaratdığını bildirib.

Bu, çərşənbə günü Suriya əməliyyatlarına başlayan Türkiyəyə qarşı Pentaqonun ən sərt mövqeyidir.

Əməliyyatlardan əvvəl Pentaqon Amerikanın ABŞ ordusunun buna dəstək verməyəcəyini bildirmiş, lakin açıq şəkildə Türkiyənin əməlini tənqid etməmişdi.

Prezident RəcəbTayyib Ərdoğan cümə günü Türkiyənin heç nədən asılı olmayaraq Suriyanın şimalındakı kürd döyüşçülərinə qarşı əməliyyatı dayandırmayacağını deyib. “Suriya Demokratiok Qüvvələrinə qarşı atdığımız addımdan geri çəkilməyəcəyik … Kimin nə deməsindən asılı olmayaraq hücumları dayandırmayacağıq” deyə, o bildirib.

ABŞ Prezidenti Donald Tramp isə əməliyyatı “pis ideya” adlandıraraq, Amerikanın məsələyə müdaxilə etməyəcəyini bildirib.

ABŞ müşahidə postları və Suriyanın sərhədyanı bölgələrindəki 30 xüsusi əməliyyat qüvvələrini geri çəkib.

Suriya Demokratiok Qüvvələri Türkiyənin hava zərbələri və artelleriya hücumları nəticəsində 9 mülki vətəndaşın öldüyünü bildirib. Kürdlərin rəhbərliyi altındakı qüvvələrın raketlərlə cavab atəşi nəticəsində isə Türkiyənin sərhəd yaxınlığındakı yaşayış məntəqəsində 9 aylıq körpə də daxil olmaqla, 6 nəfərin öldürüldüyü deyilir.

Beynəlxalq Xilasetmə Komitəsi əməliyyatlar başlayandan bəri bölgədən 64 min insanın qaçdığını bildirib.

NATO-nun baş katibi Yens Stoltenberg Türkiyənin təhlükəsizlik narahatlığını bütüvlükdə anladığını etiraf edib, lakin Suriyanın şimal-şərqinə hücumlarında bu ölkəni təmkinli olmağa çağırıb.

Prezidenti Donald Trumpın bu həftənin əvvəlində Suriyanın şimal-şərqindəki qüvvələrini gözlənilmədən geri çəkməsindən sonra Stoltenberq qeyri-müəyyənlik içərisində olan bölgə haqda müzakirələr aparmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşmək üçün Türkiyəyə gedib.

Birləşmiş Ştatlar Türkiyənin terrorçu təşkilat kimi tanıdığı kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri”nə dəstək verirdi.

Birləşmiş Ştatlar ordusunu bölgədən çıxaran kimi Türkiyə terrorizmə qarşı mübarizə aparmaq üçün bir dəqiqə belə gözləməyəcəyini deyərək, Suriyanın şimal sərhədində hərbi əməliyyatlara başlayıb. Türkiyə ordusu hücumlarını davam etdirdiyi üçün cümə günü də sərhəddəki Ras Əl-Əyn və Təl Abyad şəhərində partlayışlar olduğu bildirilib.

Çavuşoğlu ilə birlikdə mətbuat konfransında iştirak edən edən Stoltenberq Türkiyənin həyata keçirdiyi əməliyyatlarla bağlı narahatlığını ifadə edib.

“Nazir Çavuşoğlu ilə Türkiyənin Suriyanın şimalında davam edən əməliyyatını müzakirə etdik. Mən davam edən əməliyyatların bölgədəki sabitsizliyi daha da artıracağı və daha da çox insanın əzab çəkəcəyi ilə bağlı ciddi narahatlığımı bölüşdüm. Türkiyənin qanuni olaraq təhlükəsizliyi ilə bağlı narahatlıqları olsa da, mən Türkiyənın təmkinli davranmasını istəyirəm” – Stoltenberq bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO