Təhlil 04.01.2024 16:08

ABŞ-ın İran dərdi – “proksi” təşkilatları ilə bağlı məsələlər – TƏHLİL

ABŞ-nin dövlət katibi Antoni Blinkenin (Antony Blinken) yanvarın 4-də Yaxın Şərq ölkələrinə səfəri başlayır. Səfər çərçivəsində onun Türkiyə və İsraildə rəsmilərlə görüşəcəyi gözlənilir.

Dövlət katibinin ziyarət proqramı açıqlanmasa da, regiondakı vəziyyəti müzakirə edəcəyi istisna edilmir. Onun bu səfəri əvvəlkilərdən fərqlənir.

Son günlər Yaxın Şərqdə bir-birinin ardınca regionda vəziyyətin gərginləşməsini artıran bir sıra hadisələr baş verib. HƏMAS-İsrail müharibəsi çərçivəsində hadisələr daha çox Qəzza zolağında cərəyan edirdi. Qruplaşmanı müdafiə edib dəstəkləyənlərin yardımı ilə Yəmən sahillərində Qırmızı dənizdə də qarşıdurma yaranıb. ABŞ-nin və İranın regionda hərbi gəmilər yerləşdirməsi, husi qiyamçılarının gəmilərə hücumu bunu təsdiqləyir. Oxşar hadisələr İsrail-Livan sərhədində də müşahidə olunur. “Hizbullah”ın fəallaşması qarşı tərəfin cavab tədbiri görməsinə səbəb olub. Yeri gəlmişkən, İsrail Müdafiə Ordusunun gecə hücumları nəticəsində qruplaşmanın Nakura rayonu üzrə lideri Xasin Yazbek zərərsizləşdirilib. Bildirilib ki, HƏMAS-İsrail müharibəsi başlayandan qruplaşma 150-yə yaxın döyüşçüsünü itirib.

Yanvarın 2-də isə HƏMAS Siyasi Bürosu sədrinin müavini Saleh əl-Aruri Livanın paytaxtı Beyrutun cənubunda Daniye şəhərində təşkilatın ofisində partlayış nəticəsində ölüb. Onun daha çox hərbi fəaliyyətə başçılıq etdiyi də bildirilib. Partlayış nəticəsində HƏMAS-ın hərbi qanadı “Briqada əl-Kassam”ın Samir Fendi və Azzam əl-Akra adlı iki komandiri və başqa təşkilatın 4 üzvü də ölüb.

İsrailin baş nazirinin müşaviri Mark Reqev partlayışda əlləri olmadığını bildirib. Livanın baş naziri Nəcib Mikatinin sözlərinə görə, bu partlayış Livanı İsraillə qarşıdurmanın yeni mərhələsinə sürükləyən cinayətdir.

İsrail Müdafiə Ordusunun sözçüsü kont-admiral Daniel Xaqari isə istənilən ssenariyə hazır olduqlarını vurğulayıb.

“Hizbullah”ın baş katibi Həsən Nəsrullah isə bildirib ki, Saleh əl-Arurinin qətli cavabsız qalmayacaq.

Al-Aruri və qruplaşmanın hərbi qanadının komandirlərinin ölümü ilə bağlı xəbərlər səngiməmiş İranın Kirman şəhərində baş verən bombalı hücum Tehran hakimiyyəti, HƏMAS, “Hizbullah”, husi qiyamçılarının fəaliyyət göstərdiyi Yaxın şərqdə vəziyyətin daha da gərginləşməsi səbəb olub.

Antoni Blinkenkin Yaxın Şərqi ziyarəti ilə yanaşı, ABŞ Prezidenti Cozef Baydenin enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi müşaviri Amos Hoxşteyn də Livana yollanıb.

Ehtimal etmək olar ki, dövlət katibinin Yaxın Şərqə səfərində məqsədi Qəzza zolağında vəziyyəti İsrail və regonun başqa dövlət rəsmiləri ilə müzakirə etməkdir. Çünki siyasi-hərbi qruplaşma sıradan çıxarıldıqdan sonra Fələstinin, o cümlədən Qəzza zolağının gələcəyi, qaçqınların taleyi maraqlı tərəfləri narahat edən məsələlərdəndir. Bundan başqa, son günlər Qırmızı dənizdə husilərin fəallığının artması da regionda vəziyyətin gərginləşməsini artırıb. ABŞ İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib.

Rəsmi Vaşinqton bununla bağlı BMT Təhlükəsizlik Şurasını təcili münasibət göstərməyə çağırıb. ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, ancaq Tehranın iki yolu var: “Ya hazırkı mövqeyini saxlamalı, ya da husilərin hücumlarına dəstəyini geri çəkməlidir”.

Bu baxımdan, Antoni Blinkenin region ölkələri ilə Qırımızı dənizdəki vəziyyəti də müzakirə edəcəyi istisna edilmir.

Amos Hoxşteynin isə səfər zamanı Livan hakimiyyətinə İranla bağlı xəbərdarlıq edəcəyini ehtimal etmək olar. Müşavir “Hizbullah”ın İsrailə hücumunu dayandırmağı rəsmi Beyrutdan tələb edə bilər. Çünki İranın himayədarlıq etdiyi bu hərbi-siyasi qruplaşmanı qonşu dövlətə qarşı hərbi əməliyyatları Livanın təhlükəsizliyinə təsirsiz ötüşməyəcək. Bu da ölkədə sabitliyin pozulmasına, hətta ölkədən köçün başlamasına səbəb olar.

Blinken və Hoxşteyn region ölkələrindən İrana, onun “proksi” qruplarına qarşı birgə mübarizə aparmağı, bu olmasa, həmin istiqamətdə ABŞ-nin dəstəyini istəyə bilər. Səfər fonunda İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei isə ABŞ və İsrailə qarşı hərbi qarşıdurmanı zəiflətməyə, birbaşa toqquşmaya getməməyə çağırıb.

Ağ ev rəsmilərinin regiona səfəri həm də müharibənin başqa ölkələrin ərazisini əhatə etməsi üçün atılan növbəti addımlardandır. Çünki Tehran hakimiyyətinin əsas taktikası HƏMAS-İsrail savaşının alovlarını qonşu ərəb ölkələrinə, habelə bütövlükdə regiona köçürməklə miqyası genişləndirməkdir. O, buna nail ola bilmir. ABŞ-nin hərbi bazalarına hücumlar, toqquşmalar İranın aktiv olduğu ölkələrdə – Suriya, İraq, Yəmən və Livanda baş verir. Döyüşlər intensiv və şiddətli xarakter almadığından bu, hələ ki müharibənin miqyasının genişlənməsi anlamına gəlmir.

ABŞ rəsmilərinin region ölkələri ilə İran hakimiyyəti, onun “proksi” təşkilatları ilə bağlı məsələləri, eləcə də Qırmızı dənizdən neft və başqa karbohidrogenin təhlükəsiz tədarükünə dair məsələləri müzakirə edəcəyi gözlənilir. Bu istiqamətdə elan edilməmiş koalisiyanın da qurulaması mümkündür. Odur ki, qarşıdan gələn aylarda atılacaq addımların əsası da bu səfərlər zamanı qoyula bilər.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO