Təhlil 20.03.2019 11:26

ABŞ-ın neft şirkətləri Xəzərdən çəkilir – TƏHLİL

Bu il fevralın 19-da Petroleum Economist saytında Ceyms Qavinin ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin vəziyyətə salır adlı məqalə dərc olunub.

Rakus.az xəbər verir ki, məqalədə Chevron və ExxonMobil şirkətlərinin Azərbaycanı tərk etməsindən sonra ölkənin yeni sərmayelər cəlb etmək imkanlarının məhdudlaşacağından bəhs edilir.

Amerika şirkətlərinin ölkədən gedişi SOCAR-ı BP-dən daha asılı vəziyyətə salır.

“Ötən iyul Şah Dəniz-2 yatağından Türkiyəyə kommersiya məqsədli qaz təchizatının başlaması ilə Azərbaycanın hidrokarbon sektorunda nikbinlik yarandı. Lakin 2018-ci il mənfi xəbərlərlə baş çatdı. Belə ki, Chevron və ExxonMobil-in Xəzər Dənizindəki ən böyük Azəri-Çıraq-Günəşli neft yatağından çəkilməyi planlaşdırdığını açıqladı. Bu iki böyük şirkətin ölkədən getməsi Azərbaycan höküməti üçün çətin vaxta təsadüf edib. Bakı neft axtarışı və istehsalına sərməye axınını qoruyub saxlamalıdır – xüsusilə də Xəzər regionunda siyasi riskin artdığı bir vaxt. Buna səbəb isə ABŞ prezidenti Donald Trampın qonşu İrana qarşı sərt sanksiyaların tətbiq olunmasıdır,” yazıda deyilir.

Qavin bildirir ki, Chevron Azəri-Çıraq-Günəşlidəki 9.57 faizlik payını və Bakı-Tbilisi-Ceyhan boru neft kəmərindəki 8.9 faizlik payını satmaq istəyir. ExxonMobil isə Azəri-Çıraq-Günəşlidəki 6.8 fazilik payını satır. Bu, dövlət neft şirkəti Socar-ı Azəri-Çıraq-Günəşli neft yatağına gələcək xarici sərmayelərin davam etməsi üçün BP-dən çox asılı vəziyyətə salır. “Ölkənin maye hasilatının 80 faizi Azəri-Çıraq-Günəşli neft yatağından gəlir.”

Kommersiya prioritetləri

Yazıda deyilənə görə, ölkəni tərk etmək qərarları siyasi riskdən çox kommersiya məqsədəuyğunluğuna əsaslanır. Chevron Petroleum Economist-ə verdiyi açıqlamada Chevronun Azərbaycanın Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceylan layihələrindəki payını satmağı planlaşdırdığını təsdiq edib. Şirkət bildirib ki, bu qərar onların qlobal aktiv portfoliosunu uzun-müddətli prioritetlərinə uyğunlaşdırmaq planının bir hissəsidir.

Britaniyada qərargahlanan “bp” neft şirkəti Azərbaycandakı neft hasilatında aparıcı rol oynamaqda davam edir.

“ExxonMobil isə yanvarın ortalarınadək ölkədən gedişi ilə bağlı şərh verməli idi. Dekabr ayının əvvəlində Reuters-da dərc olunan məqalədə sənaye mənbəlirə istinadən yazılmışdı ki, şirkət payını sataraq 2 milyard dollar əldə etməyi ümid edir. ExxonMobil bu cür məsələlərdə bağlı nadir hallarda şərh verir”, məqalədə deyilir.

Azərbaycanın ümumilikdə 6 milyard barel neftə malik olduğu güman edilir. Bu ehtiyatların indiyədək 3.5 milyard bareli hasil edilib. 2018-ci ilin üç rübündə gündəlik hasilat 588,000 barel təşkil edib.

Petroleum Economist-in məlumatına görə, BP 30.4 faiz paya sahibdir və Socar ilə başqa sazişləri də var. Bu isə o deməkdir ki, Xəzər ərazisi şirkət əməliyyatlarının mühüm hissəsini təşkil edir.

“Lakin ABŞ şirkətləri üçün Azərbaycandakı neft yataqlarının perspektivləri zəifləyib, çünki hasilat pik həddini keçib, istehsalın daha da sürətli azalmasının qarşısını almaq üçün isə daha çox kapital tələb olunur.

Azəri-Çıraq-Günəşli yatağının təxminən 6 milyard barel ehtiyatı var, onun 3.5 milyardı 1997-ci ildə layihə başlayandan bəri hasil olunub. 2018-ci ilin ilk üç rübübdə orta hasilat gündəlik 588 min barel olub”, yazıda bildirilir.

ABŞ şirkətləri üçün Azərbaycandakı neft yataqlarının perspektivləri zəif görünür, çünki hasilat pik həddi keçib.

IHS Markit-in enerji sektoru üzrə təhlilçisi Filip Ueber isə Petroleum Economist-ə bildirib ki, pik hasilatın 2010-cü ildə gündəlik 1 milyon barelə çatacağı gözlənilsə də, bu baş vermədi. Onlar neft hasilatını qorumaq üçün yatağa yeridilən qazı kəskin artırdı ki, bu, xərclərin artmasına səbəb oldu və bunun da hər iki şirkətin hasilatın pay bölgüsü sazişini yeniləyəndən sonra paylarını satmaq kimi qərar verməsinə gətirib çıxarıb.

Azəri-Çıraq-Günəşli layihəsinin hasilatın bay bölgüsü sazişi 2017-ci ilin sentybar ayında 2049-cu ilədək uzadılıb.

Sərmaye çətinliyi

Qavin yazır ki, ABŞ-ın iki böyük neft şirkətinin payları BP-dən xeyli az olsa da, onların layihələrdən geri çəkilməsi Bakı üçün böyük zərbə olacaq. “ExxonMobil və Chevron keşmiş Sovet respublikasına 1990-cu illərin əvvəlində müstəqil neft və qaz sənayesi inkişaf etdirməyə böyük yardım göstərib. Həmin vaxt 1994-cü ildə əldə olunan Azəri-Çıraq-Günəşli razılığı “əsrin sazişi” olaraq qiymətləndirilmişdi və Avropaya təchizatçılarını diversifikasiya etməyə yardım edəcəyi gözlənilirdi”.

Onun sözlərinə görə isə indi bu şirkətlər olmadan Azərbaycandakı neft yataqlarına yeni sərmayelər cəlb etmək çətinləşəcək.

Xarici neft-qaz şirkətlərinin iştirakçıları olduqları regional enerji layihələri Azərbaycanın dövlət gəlirlərini xeyli artırıb.

“Ölkənin uzun-müddətli layihələrlə bağlı böyük planları var və bu planlar yeni sərmayeler tələb edəcək. Lakin bu iki ABŞ şirkətinin qərarı yeni sərmayeləri cəlb etməyi çətinləşdirir”, deyə Avrasiya İnkişafı Ekspert Mərkəzinin konsultantı Stanislav Pritçin bildirib. Xəzərin dərin hissələrində kəşfiyyat-qazma işləri aparmaq üçün təcrübəsi və ya kapitalı olanlar çox azdır, Socar-ın öz təcrübəsi də məhduddur,” o əlavə edib.

Lakin Qavinin sözlərinə görə, hələ ki, hər şey itirilməyib.

“BP 2018-ci ilin ilk üç rübündə Azəri-Çıraq-Günəşlidəki əməliyyatlara 1 milyard dollardan çox pul xərcləyib.” BP-nin sözçüsü Petroleum Economist-ə bildirib ki, şirkətin sazişlə bağlı mövqeyində dəyişiklik olmayıb, onlar ölkədə 2040-cı illərin sonunadək fəaliyyət göstərməyi planlaşdırır.

“Azərbaycan bizim üçün mühümdür və təkcə Azəri-Çıraq-Günəşli və ya Bakı-Tbilisi-Ceyhan boru kəməri səbəbilə deyil, həm də Şah Dəniz-2 layihəsi və artıq baş çatan Cənub Qaz Dəhliz boru kəmərinə görə,” sözçü deyib.

Məqalədə bildirilir ki, Birləşmiş Krallıqda qərargahlanan şirkətin fəaliyyətini davam etdirməsi Bakıda xoş qarşılanır. Lakin azalan neft ehtiyatlarına digər Qərb şirkətlərini cəlb etmək böyük əmək tələb edəcək. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO
Sosial / 01.04.2025 14:21
Adı 6 cür qeyd olunan kənd – ANONS - VİDEO
Maraqlı, Siyasi / 01.04.2025 13:24
“Səttarxanı daşnaklar qətlə yetirib” – ANONS
Müsahibə / 31.03.2025 22:12
“Təkcə İrəvan ətrafında 119 Azərbaycan kəndi yer üzündən silinib” - VİDEO
Siyasi / 31.03.2025 11:56
QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 30.03.2025 10:58
Ardanış Kənd İcması Ramazan bayramı tədbiri keçirib - FOTO
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO