Təhlil 06.12.2019 23:39

ABŞ-ın uyğurlara dəstəyi – Çinin qəzəbli reaksiyası -TƏHLİL - FOTO

Çin ABŞ Konqresinin qəbul etdiyi və Prezident Donald Trampın da imzaladığı Honkonq İnsan Haqları və Demokratiya Aktına cavab olaraq Amerikanın Dəniz Donanmasının gəmilərinin və hərbi təyyarələrinin Honkonqa yaxınlaşmasının qarşısını alıb.

Rakus.az xəbər verir ki, etirazçılar bazar günü ABŞ Prezidenti Donald Trampa Çinə iğtişaş əleyhinə sursatların ixracına qadağa qoyacaq və Pekinə Honkonqa rəftarından asılı olaraq mümkün sanksiyalar tətbiq edəcək iki qanunu imzaladığına görə təşəkkür etmək məqsədilə Honkonqda ABŞ konsulluğuna doğru yürüş edib və ABŞ-ın milli himnini səsləndirib.

Lakin Çinin Xarici İşlər Nazirliyinin buna reaksiyası fərqli olub. Onlar demokratiyanı dəstəkləyən qanunu qınayıb.

“Çin höküməti ABŞ-ın məntiqzsiz davranışına cavab olaraq ABŞ-ın hərbi gəmiləri və təyyarələrinin Honkonqu ziyarət etmək üçün təqdim etdiyi ərizələrə baxışı bazar ertəsindən etibarən dayandırmağa qərar verib”,- Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bildirib.

Çin bildirib ki, onlar bundan əlavə Human Rights Watch və Freedom House daxil olmaqla ABŞ-ın bəzi qeyri-hökümət təşkilatlarına qarşı da Honkonq hadisələrindəki rollarına görə sanksiyalar tətbiq edəcək.

Çinin qəzəbli reaksiyasının ABŞ-ın Pekinlə ticarət danışıqlarına hansı təsirlərinin olacağına dair sualara cavab olaraq Tramp bazar ertəsi deyib:

“Bu, vəziyyəti yaxşılaşdırmır, amma nə olacağını görəcəyik”.

Bazar ertəsi Kentukkidə tələbələr önündə çıxış edən dövlət katibi Mayk Pompeo Çini Honkkonq xalqına vədlərini yerini yetirməyə çağırıb.

“Bu etirazlarda Amerika bayraqlarının dalğalandığını görürsünüz. Onlar sizin istədiklərinizi, gələn nəsil amerikalıların istədiyini istəyir. Onlar azadlıq istəyir, onlar ailələrini təmin etmək, inanclarını istədikləri şəkildə yaşamaq istəyirlər. Bu, Çin Kommunist Partiyasının onlara verdiyi vədləridir”,- Mayk Pompeo bildirib.

Pompeo və ABŞ-ın digər yüksək vəzifəli rəsmiləri Çin hökümətini dəfələrlə Çin-Britaniya Birgə Bəyannaməsi altında Honkonqa vəd edilən azadlıqları təmin etməyə çağırıb. Honkonqda nümayişlər iyun ayında yerli hökümərin cinayətdə şübhəli bilinən bəzi insanları Çinə ekstradisiya etmək planlarına qarşı etiraz olaraq başlamışdı.

Çinin xarici işlər nazirliyi bildirib ki, Çinin ABŞ-dan Sincan ilə əlaqəli qanun layihəsi qəbul etməsi qarşılığında “heç nə etməyəcəyini gözləmək olmaz”.

Nazirliyin sözçüsü Hua Çanyi mətbuat konfransında bildirib ki, heç kim Çinin öz maraqlarını qorumaq qərarının əhəmiyyətini azaltmamalıdır.

Çinin xarici işlər nazirliyi dekabrın 4-də ABŞ Nümayəndələr Palatasının Pekinin uyğurlara münasibətinə ABŞ-ın sərt reaksiyasına çağıran qanun layihəsinin ikitərəfli əməkdaşlığa təsir göstərəcəyi barədə xəbərdarlıq edib. Bu isə ticarət müharibəsinin sona çatması üçün yaxın müddətdə razılaşma ilə bağlı şübhələri artırır.

Nazirliyin sözçüsü Hua Çanyi gündəlik brifinq zamanı Çinin ticarət müqaviləsi üçün vaxt və ya son möhlət müəyyən etməyəcəyini və Vaşinqtonun proteksionizmi və hədələri davam edərsə, maraqlarını müdafiə etmək üçün “qəti” tədbirlər görəcəyini bildirib. O bu tədbirlərin nədən ibarət ola biləcəyini açıqlamayıb.

Dekabrın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatası Tramp administrasiyasının Çinin müsəlman azlığa basqılara reaksiyasını sərtləşdirməsinə çağıraraq, Çinin yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi və ixracata qadağalar tələb edən qanun layihəsini böyük səs çoxluğu ilə təsdiq edib.

Keçən həftə Tramp Honq Konqdakı hökumət əleyhinə etirazçılara dəstək verən qanun qanun lahiyəsini imzalayıb. Çin dekabrın 2-də Honkonqla bağlı qanun lahiyəsinə ABŞ hərbi gəmilərinin və təyyarələrinin Honkonqa gəlməsinə icazə verilməyəcəyini bildirib və ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiyalar elan edib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO