Təhlil 05.01.2020 23:39

ABŞ-İran gərginliyi – qarşılıqlı ittiham və cavablar – TƏHLİL - FOTO

“Hesablama budur ki, Birləşmiş Ştatlar sadəcə olaraq davamlı zorakılıqları – bazalarımızın raketlə atəşə tutulmasını, amerikan kontraktorun öldürülməsini, gəmiçiliyə yaxud dronlarımıza hücumları ciddi cavabsız qoymayacaq”.

Rakus.az xəbər verir ki, bunu ABŞ-ın sabiq hərbi komanadanı və Mərkəzi Kəfiyyat Agentliyinin (CIA) keçmiş direktoru general Deyvid Petreus deyib.

O, Prezident Trampın uzun illər ABŞ maraqları əleyhinə planlar həyata keçirən general Qasim Süleymanini öldürtdürməsini izah edib.

ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinin keçmiş komandiri Foreign Policy jurnalına müsahibəsində sabiq ABŞ rəsmisi İranın Qüds Qvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsinin region üçün əhəmiyyətindən danışıb.

Generalın sözlərinə görə, ABŞ-ın aylardır Tehranın ABŞ-ın hərbi dronunu vurulması, Səudiyyənin neft infrastrukturlarına hücumu kimi təxribatlarına səssiz qalmasından sonra Süleymanini öldürməsi İrana Birləşmiş Ştatların artıq təxribatlara dözməyəcəyinə dair mesaj göndərir.

Petreus Süleymaninin ölümünün “Osama bin Laden və hətta Əbu Bəkr əl Bağdadinin də öldürülməsindən daha vacib” olduğunu söyləyib.

Qasim Süleymani
Qasim Süleymani

O, Süleymaninin Suriya kimi bir çox ölkələrdə, o cümlədən təkcə İraqda 600-dən çox Amerika əsgərinin və daha da çox koalisiya əsgərləri və ABŞ-ın iraqlı həmkarlarının ölümünə səbəb olan partlayıcılar, mərmilər və digər sursatları təmin etdiyini bildirir və bu səbəblə də onun ölümünün çox mühüm olduğunu deyib.

Trampın Süleymanini öldürmək qərarını şərh edən Petreus bunun ABŞ-ın İranın davamlı zorakılıqlarını, bazalarını raketlə vurmasını, amerikalı podratçını öldürməsini, silahsız dronlara hücumunu cavabsız qoymayacağını göstərmək məqsədi danışıdığını söyləyib.

Onun sözlərinə görə, bir çoxları Amerikanın İranın təxribatlarını cavabsız qoyduğu üçün çəkindirici mövqeyinin laxladığını sual etdiyi üçün Vaşinqtonun bu addımı atması vacib idi.

Petreus deyib ki, hazırda İranın iqtisadi durumu zəifdir və rejim bu yaxınlarda İranda iqtisadi vəziyyət, korrupsiya və pis idarəçiliyə qarşı etiraz edən yüzlərlə İran vətəndaşını öldürdüyü üçün ölkə daxilində vəziyyət çox kövrəkdir. Onun fikrincə iranlılar indi rejimi onillər öncə baş verən İraq-İraq Müharibəsi dövründəki qədər dəstəkləmir.

Bu səbəbdən də o deyir ki, “İran ABŞ-ın bu addımına cavab tədbirlərini nəzərdən keçirən zamanı ali dini lider də bunu nəzərə almalıdır”.

ABŞ-ın regiondakı qüvvələrini qorumaq üçün hansı addımlar atdığına dair suala cavab olaraq Petreus deyib ki, Birləşmiş Ştatlar orada hava müdafiə və hücum imkanlarını artırıb.

“Pentaqon potensial nətəcələri nəzərə alıb və risklərin qarşısını almaq üçün çox iş görüb, amma potensial risklərin qarşısını tamamilə almaq mümkün deyil”, – o deyib.

Bağdadda minlərlə insan ABŞ-ın öldürdüyü İran generalı üçün yas mərasimi keçirir

Petreus İranın ABŞ-ın onillərdir ən qorxulu rəqibi olduğunu, Süleymaninin öldürülməsinin indiyədək İranın təxribatlarını cavabsız qoymasından sonra çəkindirmə mövqeyini bərpa etmək üçün mühüm addım olduğunu deyib.

O söyləyib ki, əgər iki ölkə arasında genişmiqyaslı müharibə başlasa bütün tərəflər bunun nəticələrindən əziyyət çəkəcək, amma İran daha çox narahat olmalıdır çünki oradaki iqtisadi durum və rejimə qarşı etirazlar fonunda bu, rejim üçün daha öncə görülməyən dərəcədə böyük təhlükədir.

Petreusun sözlərinə görə, İran hazırda bir sıra cavab tədbirlərini nəzərdən keçirir. “Onlar regiondakı ölkələrdəki vasitəçiləri yolu ilə İran körfəzində, Hörmüz boğazında və ya Qüds qüvvələrinin fəaliyyət göstərdiyi başqa qitələrdəki ölkələrdə müəyyən addımlar ata bilərlər”,- o bildirib.

Onun dediyinə görə, İran bir sıra potensial addımlar ata, ABŞ isə bu addımlara çox sayda cavablar verə bilər.

“Amma fikrimcə, İranın iqtisadi durumunu nəzərə aldıqda onlar bunun İran-İraq müharibəsindən bəri rejimin üzləşəcəyi ilk real təhlükə ilə nəticələ biləcəyini dərk etməlidirlər”,- Petreus deyib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO