Siyasi 20.01.2020 21:00

ABŞ Konqresi 20 Yanvarla bağlı bəyanat yaydı

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib.

Rakus.az xəbər verir ki, bəyanatda Azərbaycan tarixinin ən faciəvi hadisələrindən biri olan Qara Yanvar gecəsi anılıb, 1990-cı ilin 20 yanvarında təxminən 26 min sovet qoşununun Azərbaycanın paytaxtı Bakı şəhərinə tanklar və zirehli maşınlarla hücum etdiyi, qadın və uşaqlar daxil olmaqla dinc nümayişçilərin, günahsız azərbaycanlıların atəşə tutulduğu bildirilib. Bu amansız hərəkətlərin 147 insanın həyatını itirməsi, 800 nəfərin yaralanması, 841 nəfərin həbsi və 5 nəfərin itkin düşməsi ilə nəticələndiyi vurğulanıb.

Konqres üzvü “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qanlı Yanvar” hesabatına istinad edərək Bakıya hücum zamanı tibb personalına, təcili tibbi yardım maşınlarına, hətta xəstəxanalara edilən hücumlar daxil olmaqla ən pis insan hüquqları pozuntularına yol verildiyini vurğulayıb. Bu hadisənin hesabatda sovet ordusunun yalnız Azərbaycanda deyil, eləcə də digər Sovet İttifaqı respublikalarında millətçilərə qarşı bir xəbərdarlıq olduğu qeyd olunub.

Bəyanatda, eyni zamanda, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələri tam şəkildə qurduğu və bu əlaqələrin indiyədək davam etdiyi vurğulanıb. Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiqlər olduğunu, qlobal və regional səviyyədə ümumi maraqları bölüşdüyünü bildirib.

Sonda İşçi Qrupumuzun həmsədri Azərbaycanın müstəqilliyi, azad bazar iqtisadiyyatı və demokratik dəyərlər uğrunda həyatını qurban vermiş şəxsləri bir daha yad edərək həmkarlarını bu faciəvi günü anmağa çağırıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO