Siyasi 29.02.2020 08:58

ABŞ Konqresinin üzvü Xocalıyla bağlı bəyanat verdi

26 fevral 2020-ci il tarixində ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Konqresin Xarici Məsələlər Komitəsini üzvü Konqresmen Stiv Şabot (Steve Chabot) Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış etmişdir.

Rakus.az xəbər verir ki, Azərbaycanın ABŞ-daki səfirliyindən verilən məlumata görə, konqres üzvü S.Şabot Konqresin gündəliyində qeydə alınmış bu bəyanatı verməklə yanaşı, 26 fevral 2020-ci il tarixində Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında keçirilmiş anım tədbirində də iştirak etmişdir.

Konqres üzvü Ermənistan-Azərbaycan münaqişəsinin ən qara fəsli adlandırdığı Xocalı qətliamının qurbanlarını dərin hüznlə yad etmiş və bildirmişdir ki, 1991-ci ilin payızında Erməni və Sovet qüvvələri Dağlıq-Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almağa başlamış, şəhəri bombaladıqdan sonra Fevralın 25-dən 26-na keçən gecə qüvvələr hücuma keçmiş, qadınlar, uşaqlar və yaşlı insanlar daxil olmaqla 600 günahsız Azərbaycanlını qətlə yetirmişlər. Yüzlərlə insan əlil qalmışdır.

Human Rights Watch təşkilatının 1992-ci il hesabatına istinad edən Konqres üzvü qeyd etmişdir ki, şəhərdən qaçan əhaliyə qarşı hücumlar “qəsdən adət hüququnun qoyduğu məhdudiyyətlərə məhəl qoymamışdır”.

Konqres üzvü daha sonra vurğulamışdır ki, Xocalı qurbanları bizə sülhün dəyərini xatırladır. ABŞ-ın və beynəlxalq ictimaiyyətin danışıqlar yolu ilə səylərinə baxmayaraq, münaqişə hələ də davam edir. Bununla əlaqədar, münaqişəyə tərəflər on illər boyu davam edən bu münaqişənin həlli istiqamətində Minsk Prosesinə dəstək verməyə çağırılır.

Demək olar 30 ilə yaxın bundan əvvəl Xocalıda baş vermiş dəhşətli hadisələr zamanı həyatlarını itirmiş günahsız insanların xatirəsini bir daha yad edən Konqres üzvü digər həmkarlarını Azərbaycanın bu faciəvi gününü xatırlamağa çağırmışdır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO