Hərbi 31.03.2021 17:51

ABŞ ordusu Azərbaycanın dronlardan istifadə təcrübəsini öyrənir

“Azərbaycan keçən ilin payızında İkinci Qarabağ müharibəsində Ermənistana qarşı kamikaze-dronlardan istifadə etməklə havada tam üstünlük qazanan zaman ABŞ ordusunun strategiyası aydın oldu: bu yolla düşmən qoşunlarını izləmək və məhv etmək həmişəkindən daha asan olur və daha ucuz başa gəlir”.

Rakus.az xəbər verir ki, bu fikirlər “Foreign Policy” nəşrində İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçan aparatlardan (PUA) uğurlu istifadə təcrübəsinə həsr olunmuş məqalədə yer alıb.

Nəşr qeyd edir ki, dünya üzrə döyüş meydanlarına yayılan ucuz, döyüşqabiliyyətli dronlar ilə çox da uzaq olmayan gələcəkdə əsgərlər heç nədən xəbəri olmadan, bir saniyəlik mövqelərindən çıxmaqla ölə bilərlər.

“Tankların, artilleriya mövqelərinin və düşmən canlı qüvvəsinin PUA ilə vurulduğunu əks etdirən videoları görə bilərsiniz”, – polkovnik Skott Şou deyib.

Onun sözlərinə görə, Azərbaycan keçən ilin payızında Ermənistanı məğlub etdikdən sonra məlum olub ki, ABŞ Silahlı Qüvvələri artıq Çin kimi rəqiblərə qarşı inkaredilməz hava üstünlüyünə sahib olmayacaq, üstəlik, daha kiçik ölkələr ən müasir və hörmətli hərbi-hava texnikası əldə edə biləcək.

Məqalədə qeyd olunur ki, ABŞ-ın müdafiə planlaşdırıcıları artıq bu istiqamətdə irəliləyir, müharibədə PUA-lardan istifadəni fəal şəkildə öyrənir. Sabiq müdafiə katibi Mark Esper pilotsuz gəmilərin araşdırılması və hazırlanmasına daha çox sərmayə qoyaraq 355 gəmidən ibarət hərbi-dəniz donanmasının yaradılması hədəfinə çatmağa can atırdı. Hələlik Bayden administrasiyasının donanmanın gələcək miqyası və tərkibinə necə yanaşacağı bəlli deyil, lakin bu ay Hərbi Dəniz Donanması və Dəniz Piyadaları Korpusu pilotsuz sistemlərin istifadəsi üzrə yol xəritəsi yayımlayıb.

Məqalə müəllifinin fikrincə, PUA-lar getdikcə daha ölümcül hal alırlar. Şou qeyd edib ki, dronlar getdikcə daha çox hava tanklarına – sarsıdıcı zərbə endirmək qabiliyyətli uçan zirehli vəhşiyə bənzəyəcək. “PUA-ların məhv edilməsi çətin, düşmənin canlı qüvvəsinin vurulması isə potensial olaraq daha asan olduğundan döyüş sahəsini izləmək də asanlaşır. Bu o deməkdir ki, iyirmi ildən çoxdur kamuflyaj rəngini dəyişdirməyən ordu aşkarlanmanın qarşısını almaq üçün yeni yollar tapmalıdır”, – S.Şou vurğulayıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO