Müsahibə 19.11.2019 21:30

ABŞ səfiri Dağlıq Qarabağın taleyindən danışdı – MÜSAHİBƏ - FOTO - VİDEO

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger noyabrın 19-da “Facebook” vasitəsi ilə canlı efirdə insanların suallarını cavablandırıb.

Rakus.az xəbər verir ki, suallar əsasən Dağlıq Qarabağ münaqişəsi, təhsi, demokratiya, insan hüquqları, viza və iqtisadi məsələlərlə bağlı olub.

Səfir Litzenbergerin Dağlıq Qarabağ münaqişəsi, demokratiya və insan haqları ilə bağğlı suallara cavabını təqdim edirik.

Sual: Əgər ABŞ-ın mövqeyi ədalətlidirsə, hansı səbəbdən Ermənistana sankiyalar tətbiq etmir? Nəyə görə ABŞ Azərbaycanın ərazisini işğal edən Ermənistana maliyyə yardımı göstərir?

Li Litzenberger: Sizi əmin edə bilərəm ki, ABŞ üçün Dağlıq Qarabağ münaqişəsi məsələsi böyük önəm kəsb edir. Qeyd edim ki, istənilən görüşümdə, mən, bu məsələni müzakirə edirəm. Sualınızın cavabında onu da qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Bu qismdə çıxış edərkən ABŞ iki tərəflə birgə fəaliyyət göstərir və Dağlıq Qarabağ münaqişəsinin dinc həll yolunun tapılması istiqamətində öhdəliyinə sadiqliyini bildirir. Bizim bu sahədəki fəaliyyətimiz Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu sırada üç prinsipi qeyd etmək istərdim. Razılaşdırılmış sülh müqaviləsi əsas olaraq güc və ya gücün istifadə olunmaması prinsipinə əsaslanmalıdır. İkinci prinsip ərazi bütövlüyünə göstərilən hörmət prinsipi olmalıdır. Üçüncü prinsip ondan ibarətdir ki, insanların öz müqəddaratını müəyyənləşdirmək haqqına hörmətlə yanaşılmalıdır. Əminəm ki, bu prinsiplər barədə məlumatları artıq eşimisiniz. Sadəcə olaraq yenidən qeyd etmək istərdim ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında çox maraqlıdır. Biz iki tərəflə danışıqlar apararaq, hər iki tərəfin bir araya gəlib münaqişənin həll yolunu tapmasına yardım edirik. Bu istiqamətdə hər hansı tərəfin üzərinə sanksiya qoymaq əvəzinə, biz, iki tərəflə də işləyirik. Bunu da qeyd edim ki, ABŞ iki tərəfə də maliyyə yardımları göstərib. 1992-ci ildən bəri ABŞ Azərbaycana 1,5 milyard dollardan artıq yardım göstərib ki, bu da Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində istifadə olunub. Yardımlar səhiyyə, kənd təsərrüfatı, iqtisadi inkişaf, təhsil, təhlükəsizlik və başqa sahələri əhatə edib. Biz Azərbaycana yardım etməklə münaqişənin fəsadlarının aradan qaldırılmasına və inkişafına təminat vermək istəyirik.

Li Litzenberger canlı efirdə sualları cavablandırır
Li Litzenberger canlı efirdə sualları cavablandırır

Sual: ABŞ Azərbaycan hökumətinə qanunun aliliyinin təminatında və demokratik dəyərlərə hörmətlə yanaşmasında təzyiq göstərə bilərmi?

Li Litzenberger: Qanunun aliliyinin təminatı və demokratik dəyərlərə hörmətlə yanaşma uğurlu və sağlam cəmiyyət və eyni zamanda iqtisadi artım üçün çox zəruri amillərdən biridir. Sözügedən dəyərlər eyni zamanda istənilən digər dövlətdə olduğu kimi Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına xidmət edir. Sözügedən amillər eyni zamanda bizim Azərbaycanla fəaliyyət göstərdiyimiz vaxtda əsas məqsədlərimizdən biri olan Azərbaycanın iqtisadi inkiafıdır və bu iqtisadi inkişafa da təsir edən amillərdən biridir. Misal üçün, xarici şirkətlər ümumiyyətlə fəaliyyət göstərdikləri zaman öz işçilərinin hüquqlarına çox böyük dəyər verirlər. Görüşlərim zamanı Azərbaycan hökumətindəki həmkarlarıma hər zaman deyirəm ki, Azərbaycana daha çox, daha artıq xarici sərmayə cəlb etmək istədiyi təqdirdə qanunun aliliyinə, insan haqlarına hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda, bu sıraya toplaşmaq və söz azadlığı da daxildir. Tamamilə əminəm ki, ümumiyyətlə insanların konstitusiya tərəfindən təmin olunan hüqüqlarına hörmətlə yanaşılma Azərbaycanın müstəqilliyinə, firəvanlığına və iqtisdai inkişafına təkan verir.

Sual: On il bundan öncə ABŞ-ın müxalifət nümayəndələrinə, vətəndaş cəmiyyətinin fəallarına, siaysi məhbuslara qarşı olan repressiyara münasibəti daha sərt idi. Sadəcə, son vaxtlar gördüyümüz reaksiyalar kifayət qədər kəskin deyil. Bu nə deməkdir? O demək deyilmi, ABŞ-ın bu kimi məsələlərə münasibətini dəyişib?

Li Litzenberger: ABŞ dünyanın müxtəlif dövlətlərində qanunun aliliyi və demokratik dəyərlərin irəliləməsini təmin etmək istəyir. Bu ABŞ-ın Azərbaycandakı Səfirliyinin də əsas məqsədlərindəın biri olaraq qalır. Bu bizim ismarıcımızdır. Bu ismarıcı həm fəaliyyədə olan Azərbaycan hökumətinin nümayəndələrinə, eyni zamanda azərbaycanlılara çatdırmağın müxtəlif yolları var. Əslində biz bu cür müzakirələrə qatıla bilərik və bu müzakirələr ya açıq, ya da özəl şəkildə həyata keçirilə bilər. Hazırda bizim qatıldığımız canlı yayım da bu ünsiyyətin bir növüdür. Biz bu yaxınlarda etdiyimiz kimi, lazım duyulan məqamda ictimaiyyət üçün bir bəyanatla çıxış da edə bilərik. Lakin, elə məqamlar da ola bilər ki, öz ismarıclarmızı daha özəl şəraitdə çatdırmağa üstünlük verək. Yekunda demək istərdim ki, ABŞ müstəqil, suveren və firəvan Azərbaycanın inkişafını dəstəkləyir. Bu baxımdan sözügedən dəyərlər çox vacibdir. (Amerikanın səsi)

Join our live chat with ambassador Lee Litzenberger.

Posted by U.S. Embassy Baku / ABŞ-ın Azərbaycandakı Səfirliyi on Tuesday, November 19, 2019

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO