Hərbi 28.06.2019 10:06

ABŞ: Soydaşımız orduda xidmət edir - FOTO

ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant

Azərbaycandan fərqli olaraq ABŞ silahlı qüvvələrində əsgəri xidmət könüllüdür. Burada yalnız vətəndaşlar, eləcə də bu ölkədə yaşamaq hüququ olan kişi və qadınlar xidmət edə bilərlər. Hərbi xidmətin müddəti müqavilə əsasında iki ildən altı ilədək təyin olunur.
Ümumiyyətlə, ABŞ-da ordu beş hissədən ibarətdir: US Army- klassik ordu, US Air Force- hərbi hava qüvvələri, US Navy- hərbi dəniz qoşunları, US Marine Corps- dəniz piyadaları və US Coast Guard- sahil mühafizə xidməti. Hərbi xidmət üçün yaş həddi isə müxtəlifdir. Məsələn, klassik orduya 18 yaşdan 42-yə qədər, sahil mühafizə xidmətinə 27 yaşa qədər, dəniz piyadaları qoşunlarına 32 yaşa qədər, hərbi dəniz qüvvələrinə isə 35 yaşa qədər könüllülər müraciət edə bilər. Yalnız hüquqşünas və həkimlər üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb…

Bu gün sizə ABŞ silahlı qüvvələrində xidmət edən bir gənc soydaşımızdan söhbət açmaq istəyirəm. Adı Pərviz, soyadı Qocayevdir. 1996-cı ildə Bakıda anadan olub. 2009-cu ildə yeddinci sinifi 7 nömrəli orta məktəbdə bitirdikdən sonra ABŞ-ın İndiana ştatının İndianapolis şəhərinə gəlib. 2015-ci ildə tam orta təhsilini bu şəhərdə aldıqdan sonra bir müddət telefonların satışı dükanında çalışıb. 2016-cı ildə isə könüllü olaraq ABŞ silahlı qüvvələrində xidmətə başlayıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra Kaliforniyadakı hərbi tibbi bazaya göndərilib. İki il yarımdır ki, tibbi ləvazımatların, eləcə də dərman peraparatlarının qeydiyyatdan keçməsi və nəzarəti ilə məşğul olan hərbi bazada xidmət edir. ABŞ ordusunun serjantıdır. Yeri gəlmişkən, amerikalılar arsında serjant ordunun onurğa sütunu sayılır…

Deyir ki,- “Müqaviləm bitdikdən sonra ordudan uzaqlaşıb, təhsilimi davam etdirmək, avtomobil dizayneri ixtisasına yiyələnmək istəyirəm. Bu mənim ən böyük arzumdur”…

Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. İdmanın ağır atletika növü ilə məşğul olmağı xoşlayır. Kompyuter elmləri haqqında kitabları oxumaqdan yorulmur. Kompyuterin 3D proqramında avtomobillər hazırlamaq isə əsas hobbisidir…

Pərviz hələ gəncdir, cəmi iyirmi üç yaşı vardır. Bu gənc soydaşımızdan ciddi nizam-intizam tələb olunan və döyüş hazırlığı təlimləri ilə insanı fiziki yükləyən bir orduda necə qərar tutduğunu soruşanda, əsl hərbiçilərə xas olan qürurla əsgər salamı verərək söylədi:- “Ser, mən azərbaycanlıyam. Qoy amerikalılar mənim timsalımda şahid olsunlar ki, hər bir azərbaycanlı bir döyüşçü kimi ən ağır sınaqlardan çıxmağa qadirdir”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO