Təhlil 09.12.2019 23:39

ABŞ – “Taliban”danışıqları – Əfqanıstan sindromu – TƏHLİL - FOTO

ABŞ “Taliban”la sülh danışıqlarını bərpa edib.

Rakus.az xəbər verir ki, Prezident Donald Tramp üç ay öncə qiyamçı qrupla siyasi həll yolu tapıb, Əfqanıstandakı müharibəyə son qoymaq məqsədilə bir il boyu aparılan danışıqları birdən dayandırmışdı.

Əslən əfqanıstanlı olan ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad qiyamçıların qərargahlandığı Qatarın paytaxtı Dohada keçiriləcək danışıqlara başçılıq edir.

“ABŞ bu gün Dohada yenidən başlayan danışıqlara qoşulub. Müzakirə zamanı diqqət Əfqanıstan daxilində danışıqlar və atəşkəsə gətirib çıxaracaq zorakılıqların azaldılmasına yönəldiləcək”, -ABŞ mənbəsi Amerikanın Səsinə bildirib.

D.Tramp sentyabr 7-də Əfqanıstanın paytaxtı Kabildə aralarında amerikalı əsgərin də olduğu bir neçə insanın ölümü ilə nəticələnən qiyamçı hücumuna cavab olaraq danışıqları dayandırmadan öncə ABŞ-“Taliban” arasındakı müzakirələrə Qatar höküməti ev sahibliyi edirdi.

Danışıqlar hər iki tərəfin ABŞ və müttəfiq qoşunlarının Əfqanıstandan tədricən çıxarılmasına gətirib çıxaracaq razılıq əldə etməyə çox yaxın olduqlarını düşündükləri zaman dayandırılmışdı.

Zalmay Xəlilzad
Zalmay Xəlilzad

“Taliban” isə müqabilində Əfqanıstanın nəzarət etdiyi hissələrində terrora qarşı mübarizə aparacağına dair zəmanətlər verəcək, habelə üsynaçıların ölkədə onillərdir davam edən zorakılıqlara həmişəlik son qoyacaq Əfqanıstan daxilində danışıqlara başlayacağına söz verəcəkdi.

Taliban həmçinin döyüşçülərinin qoşunların çıxarıldığı ərazilərdə xarici qoşunlarla atəşkəsə riayət edəcəyini bildirib.

Təhlilçilər Xəlilzad və onun komandasının çətinlikləri aradan qaldıra biləcəklərinə skeptik yanaşır.

ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı sabiq komandiri general Con Nikolson “Taliban”la qiyamçıları ölkədə zorakılıqıları dayandırmağa və ya azaltmağa məcbur etməyən razılıq əldə etməyə qarşı xəbərdarlıq edib.

“Atəşkəs “Taliban”ın əlindəki gücü azaldır, qoşunların çıxarılması isə koalisiyanın hərbi üstünlüyünün azaldır. Fikrimcə, beynəlxalq qüvvələrin çıxarılmasına və terrorun müəyyən dərəcədə dayandırılmasına imkan yaradacaq sadə razılıq davamlı olmayacaq. Beləcə bu razlıq bizim təhlükəsizlik maraqlarımızı qorumayacaq”, – general deyib.

Nikolson ABŞ-da bəzi ictimai çıxışlarında israr edib ki, Əfqanıstan müharibəsinin xərcləri şişirdilib. O deyib ki, Əfqanıstan müharibəsi Birləşmiş Ştatlara daha ucuz başa gəlib: “Biz 14 mindən az qoşunumuzun olduğu ölkədə hər il 25 milyard dollar pul xərcləyirdik, amma bu gün bizim oradakı xərclərimiz bu rəqəmin iki qatı olaraq göstərilir. Amerikaya qarşı gələcək terror hücumlarının qarşısını almaq üçün danışıqlara Əfqanıstandan qoşunların çıxarılmasından sonra orada ABŞ-ın terror əleyhinə missiyasının yerləşdirilməsi məsələsi daxil edilməlidir.

Xatırladaq ki, ABŞ “Taliban” hərəkatı ilə sülh danışıqlarına 2018-ci ilin payızında başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələri barədə məlumatlandırılıb. Danışıqların 9 raundunun nəticələrinə əsasən, Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad sülh barədə razılaşmada irəliləyiş əldə olunduğunu bildirib. Lakin sonradan ABŞ Prezidenti Donald Tramp Əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə “Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında gizli hazırlanan görüşünün ləğv olunduğunu və taliblərlə danışıqların dayandırıldığını elan edib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO