Mətbuat 19.07.2019 21:42

ABŞ: “Xəbərlər heç vaxt yatmır”…

 

Azərbaycanda milli mətbuat günü 22 iyuldur. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy Zərdabidən bəhs edən və eləcə də Azərbaycan mətbuatının inkişaf yolu haqqında çıxışlar çox olacaq. Maraqlı olar deyə, dünyanın ən qabaqcıl ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarının mətbuat tarixi haqqında qısa məlumat vermək istəyirəm. Öncə bir faktı qeyd edim ki, Amerikada jurnalistikanın tarixi XVII əsrdən başlayır…

İlk dəfə bu işə 1690-cı ildə Benjamin Harris başlasa da, ilk mükəmməl qəzet “The Boston News-Letter” adıyla 1704-cü ildə Bostonda, Jon Kempell tərəfindən buraxılıb. Bir müddət sonra ABŞ-ın bir sıra şəhərlərində də qəzetlər işıq üzü görməyə başlayıb. Onların arasında ən yaxşı nümunə kimi Ceyms Franklinin buraxdığı “The New England Courant” qəzetini göstərmək olar. Həmin qəzet 1721-1727-ci illərdə işıq üzü görüb və o dövrün ən yaxşı qəzetlərindən biri sayılırdı…

1750-ci ildə ABŞ-da artıq 14 adda həftəlik qəzet buraxılırdı. 1765-ci ildə qəzet kağızına qoyulan vergi qəzetlərin fəaliyyətinə mənfi təsir göstərsə də, bir müddət sonra qəzetlərin sayı artaraq 35-ə çatmışdı. Bu qəzetlərin ümumi tirajı hər həftə 40 mini keçirdi…

Ümumiyyətlə, ABŞ-ın ictimai-siyasi həyatında qəzetlərin böyük rolu olub. Vətəndaş müharibəsi dövründə qəzetlər hərbi toqquşmalardan yazır, onların təfərrüatını ictimaiyyətə çatdırmağa çalışırdılar. Dinclik dövründə isə tənqidi yazılarla hökumət strukturlarının işinə ictimai nəzarət edirdilər…

Bir müddət sonra Nyu York, Filadelfiya, Vaşinqton və Boston şəhərlərində daha böyük tirajla çıxan qəzetlər meydana gəldi. Və bu qəzetlərin böyük əksəriyyətinin heç bir siyasi asılılığı yox idi. 1835-ci ildə Ceymsom Qordon tərəfindən ərsəyə gətirilən “The New York Herald” qəzeti onların arasında ən məşhuru kimi ictimaiyyət arasında böyük nüfuz qazanmışdı. Daha sonra partiyaları təmsil edən qəzetlər də işıq üzü görməyə başladı. 1841-ci ildən buraxılan “New York Tribune” qəzeti buna bariz nümunədir. Bu gün dünyada məşhur olan “New York Times” qəzeti isə 1851-ci ildən işıq üzü görür…

Bu nümunələrin sayını ardıcılıqla artırmaq da olar. Amma əsas məqsəd, online qəzetlərin çox olmasına baxmayaraq, ABŞ-da ənənəvi mətbuatın hələ də yaşamasını qeyd etməkdir. Bu gün nəinki müstəqil və ya siyasi partiyaların, hətta hər bir iri müəssisənin də öz qəzeti var. Mətbuat azadlığına gəldikdə isə Amerikada jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Burada jurnalistlərin əsas şüarlarından biri də: “Xəbərlər heç vaxt yatmır”-dır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO