skip to Main Content
Sosial 05.12.2019 08:58

Abşeron rayonunda Könüllülər Günü qeyd olundu - FOTO

Rakus.az xəbər verir ki, Xırdalandakı Mədəniyyət Mərkəzində təşkil olunan görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. Respublikamızda keçirilən beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin böyük rol oynadıqlarını diqqətə çatdıran icra başçısı bildirib ki, bu ilin dördüncü rübündə Abşeron Rayon İcra Hakimiyyətinə könüllülük fəaliyyəti ilə əlaqədar 180-ə yaxın gənc müraciət edib, onlardan 70-i 3 ay müddətində könüllülük fəaliyyətinə cəlb olunub.
Könüllülərin bir neçəsinin rayon icra hakimiyyətində işlə təmin olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, onlar üçün pulsuz ingilis dili kursu da təşkil olunub.
2017-ci ilin dekabrında rayonun bir qrup könüllüsü tərəfindən “Facebook” sosial şəbəkəsində “Milli amal” qrupunun yaradıldığını və onun üzvlərinin sayının artıq 7 minə yaxın olduğunu qeyd edən icra başçı bildirib ki, qrupun məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilsiz işləri, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti, ölkəmizdə aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini, Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi layihələri, eləcə də rayon ərazisində görülən tədbirləri təbliğ və təşviq etməkdir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasına məsul şəxslərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib. (Azərtac)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Back To Top
×Close search
Axtar