İqtisadi 23.05.2019 18:17

AccessBank-ın rəhbərliyi nümayəndə heyəti ilə görüşdü - FOTO

AccessBank-ın rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Rakus.az xəbər verir ki, görüşdə AccessBank-ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslər müzakirə olunub.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, AİB kimi nüfuzlu beynəlxalq maliyyə institutunun bankın səhmdarları sırasına daxil olması olduqca mühüm amildir: “AİB ilə AccessBank-ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİB AccessBank-ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in AccessBank-ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək”.

Sədr xatırladıb ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində AccessBank-ın 5 illik strateji planı hazırlanıb: “Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir”.

Öz növbəsində İngrid van Vees qeyd edib ki, AİB ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır: “Mart ayında uğurla başa çatdırılan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edib və bunun hesabına AccessBank müştərilərinin artan maliyyə ehtiyaclarını qarşılaya biləcək”.

Xatırladaq ki, hazırda AccessBank-ın səhmdar kapitalının 19.90%-i Asiya İnkişaf Bankına məxsusdur.

XƏBƏR LENTİ
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO