Gündəm 18.06.2024 18:30

“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov olub.

O, indiki Ermənistanın Qərbi Azərbaycan torpaqları əsasında qurulan dövlət olduğunu, qədim oğuz-türk yurdu olan, coğrafi-siyasi əhəmiyyəti böyük olan Qərbi Azərbaycanın mühüm əhəmiyyət daşıdığını, ermənilərin toponimi və etnik tərkibi ilə oğuz türklərinə məxsus əraziyə gəlmə olduğunu deyib: “Ermənilər öz köklərini unudaraq, himayədarlarının hədiyyələri ilə kifayətləniblər. Onlar Şərq və Qərb mədəniyyətinin sintezini qoruyub saxlayan Xan sarayını da dağıtdılar. Onlara görə, Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir. Elm yalan arqumentlərə və yalan dəlillərə dözməz”.

Onun sözlərinə görə, rus ədəbiyyatında ermənilər həmişə qorxaq və məkrli təsvir olunur və Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” yazmışdı, başqa millət yox idi?!”

Regional və beynəlxalq tədbirlərdə erməni məkrliyinin dəfələrlə şahidi olduğunu söyləyən professor bildirib ki, ermənilər zaman-zaman azərbaycanlıları pərən-pərən salıb, bizə məxsus olan  mədəniyyətə sahib çıxmağa çalışıblar: “Toponimləri dəyişdirməklə ermənilər “Yeni Tarix” yarada bilər. İndi əsl həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi, erməni yalanlarının  ifşa olunması üçün  mühüm işlər görülür”.

R.Novruzov sonda vurğulayıb ki, Qərbi azərbaycanlıların Vətənə qayıdışı mütləqdir: “Azərbaycanlılar yad torpaqlara iddialı deyillər, sadəcə olaraq vətənlərinə qayıtmaq istəyirlər. İki xalq öz problemini özləri həll edəcək. Ancaq bu çoxları üçün faydalı deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyunun 18-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

xxx

« Почему Пушкин написал «ты трус, ты раб, ты армянин», другой нации не нашлось?» – Хроника Западного Азербайджана

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был Завкафедрой литературы славянских народов Бакинского Славянского Университета, доктор филологических наук, профессор Рафик Новрузов.

Он отметил, что сегодняшняя Армения – это государство, построенное на землях Западного Азербайджана, который является древней родиной тюрков-огузов и имеет большое геополитическое значение. Армяне пришли на территорию, топонимы и этнический состав которой принадлежат тюркам-огузам: «Армяне, забыв свои корни, довольствовались дарственными подарками своих покровителей. Они также разрушили ханский дворец, сохранивший синтез восточной и западной культуры. По их мнению, и Адам, и Александр Македонский, и Наполеон — армяне. Наука не терпит ложных аргументов и ложных доказательств.»

По его словам, в русской литературе армяне всегда изображаются трусливыми и хитрыми, Пушкин также писал: «Ты трус, ты раб, ты армянин».

Профессор, заявил, что он неоднократно был свидетелем коварства армян на региональных и международных мероприятиях и отметил, что армяне время от времени подвергали гонениям азербайджанцев и пытались завладеть нашей собственной культурой: «Изменив топонимы можно сфабриковать «новую историю». Сейчас ведется важная работа по обнародованию настоящей истины на международном уровне и разоблачению армянской лжи».

В заключение Р.Новрузов подчеркнул, что возвращение западных азербайджанцев на родину неизбежно: «Азербайджанцы не претендуют на чужие земли, они просто хотят вернуться на родину. Два народа сами решат свою проблему, но это многим не выгодно».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 18 июня в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO