Gündəm 28.04.2022 17:00

ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Əziz Ələkbərli, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov. şəhid anaları, qazilər və ADPU-nun professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə M.Nağıyev və Ə.Ələkbərli çıxış ediblər. Onlar Azərbaycan xalqının zəfər qazanmış güclü bir xalq olduğunu vurğulayıb.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, şəhidi olan millət heç zaman sarsılmaz: “Qardaşım Məhərrəm də şəhid qardaşlarımızdan biridir. Bizim xalq olaraq başımızı şəhidlərimiz ucaltdı. Arzu edirəm ki, xalqımıız hər zaman başı dik olsun, heç zaman əyilməsin”.

O, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində yaradılan həmrəylik sayəsində daha böyük uğurlara nail olunacağına, vaxtilə Ermənistana verilən əzəli Azərbaycan torpaqlarında üçrəngli bayrağımızın əbədi dalğalanacağına ümidvar olduğunu vurğulayıb.

Daha sonra şəhid anaları çıxış edib, övladlarının qəhrəmanlıqlarından danışıb, mərd mübarizlərin Vətənə ləyaqətlə xidmət edib şəhidlik zirvəsinə ucaldıqarını söyləyiblər.

Onlar cəsur avətən oğulları ilə qürur duyduqlarını nəzərə çatdıraraq, şəhidlərin heç zaman unudulmayacağını bildiriblər.

Çıxış edən qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun dəmir yumruq kimi düşmənə ağır zərbə endirərək Zəfər çaldığını diqqətə çatdırıb, bu qələbədə şəhid olan yoldaşlarının igidliklərindən, xatirələrindən danışıblar.

Çıxış edənlər belı tədbirlərin əhəmiyyətindən söz açıb, tədbirin təşkilatçılarına – YAP ADPU ərazi təşkilatının sədri Sultan əli Qurbanova təşəkkürlərini bildiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

(“Report”)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO