Mətbuat 19.07.2019 15:24

ADU-da media nümayəndələri mükafatlandırıldı

İyulun 19-da Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri mükafatlandırılıb. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyul – Milli mətbuat günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə və tələbəlik həyatını mətbuatda obyektiv və xüsusi şəkildə işıqlandırdığına görə təşəkkürnamə elan edilib.

Rakus.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib: “Universitetimizə obyektiv, xoş münasibət göstərən jurnalistlərə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.

Elmi işlər üzrə prorektor dosent Sevinc Zeynalova 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilən Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib. “Əkinçi” qəzetində həmin dövlərin mütərəqqi ideyalarının əks olunduğunu deyən S.Zeynalova qəzetin xalqın maarriflənməsində, yenilik və bəşəri ideyaların təbliğində mühüm rol oynadığını söyləyib. Prorektor bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib və bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib:

“Ulu öndərin siyasətini uğurla davam etdirən və həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bunun nəticəsidir ki, biz bu gün söz, məlumat azadlığı şəraitində yaşayırıq. Tarixə nəzər salsaq, görərik ki, həqiqətən Azərbaycan mətbuatı zəngin və möhtəşəm yol keçib”.

S.Zeynalova universitetdə imtahan prosesinin gedişatını müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediaturların təşkil olunduğunu qeyd edib və həmin məlumatların geniş və obyektiv işıqlandırılmasına görə jurnalistlərə təşəkkürünü bildirib. S.Zeynalova ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin KİV nümayəndələri ilə universitet arasında körpü rolunu oynadığını bildirib və təşəkkür edib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Tamam Cəfərova ADU-nun mətbuat üçün daim açıq olduğunu deyib. KİV nümayəndələri ilə universitetin dostluq etdiyini deyən prorektor bu dostluğun davam etməsini arzulayıb. O, “Əkinçi”dən başlayan, “Molla Nəsrəddin”lə möhkəmlənən bu şərəfli və çətin yolun müstəqillik illərində daha da davam etdirildiyini və dünya mətbuatı səviyyəsinə çatdırıldığını söyləyib. 2003-cü ildə ulu öndərin “Jurnalistlərin dostu” seçilməsinin təsadüfi olmadığını və onun mətbuat nümayəndələri ilə səmimi söhbətlərindən söz açıb. T.Cəfərova Jurnalistika fakültəsinin ilk dəfə yaradılması və Azərbaycandan kənar ölkələrə jurnalistilərin göndərilməsinin Jurnalistikanın inkişafına töhfə verən vacib məqamlardan biri olduğunu deyib. Demokratik inkişafın əsas atributunun söz və mətbuat azadlığı, daşıyıcılarının isə kütləvi informasiya vasitələri olduğunu deyən prorektor bu gün mətbuatımızın əmin əllərdə olduğunu vurğulayıb. T.Cəfərova jurnalistlərə Azərbaycan dövlətinin inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıb.

ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı tələbə həyatına önəm verən, obyektiv şəkildə sayt və qəzetlərdə xəbərləri dərc edən media nümayəndələrinə təşəkkürnamənin verilməsinin böyük qürur olduğunu diqqətə çatdırıb. Universitetdə keçirilən “Xəlifə günü” layihəsində ötən il universitetin xəlifə mətbuat katibi seçildiyini deyən Ş.Sərdarlı həmin layihə ilə bağlı silsilə şəklində maraqlı reportajların hazırlanıldığını xatırladıb. O, jurnalistlərin bayramını təbrik edib və bu sıx münasibətlərin də davam edəcəyinə inandığını deyib.

Tədbirdə Azərbaycanın ictimai fikrinə kifayət qədər təsir edə bilən jurnalistlərin toplaşdığını deyən “İki Sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə həmkarlarını Milli Mətbuat günü münasibətilə təbrik edib. O, ADU-nun rektoru Kamal Abdullanın cəmiyyətə açıq insan olduğunu söyləyib. V.Rəhimzadə universitet rəhbəri başda olmaqla, əməkdaşların media ilə işinin düzgün qurulduğunu və KİV-in işinə daim dəstək olduqlarını bildirib: “Bizə verdiyiniz dəyərə görə sizə təşəkkürümü bildirirəm. Biz də ADU-nun həyata keçirdiyi yaxşı işlərə dəstək olacağıq”.

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd ADU-nun məzunu olduğunu və əlaqələrin davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Daha sonra ölkənin bir sıra sayt və qəzet əməkdaşlarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı”
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO