AEK – “Araz” qarşılaşması bu gün başlayır
Futzal üzrə Azərbaycan çempionu “Araz” Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstanın AEK klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Rakus.az xəbər verir ki, siyahıda 3 qapıçı, 7 müdafiəçi və 10 hücumçu yer alıb.
İştirak ərizəsinə qapıçılar – Həmid Rəşidi, Rövşən Hüseynli, Emin Kürdov, müdafiəçilər – Oktay Rüstəmli, Nihad İsmayılov, Oruc Baxşəlizadə, Rizvan Fərzəliyev, Əmir Şojaei, Murilo Borqes Souza, Abdulrahman Sarani, hücumçular – Kənan Manafov, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Tofiq Mikayılov, Fineo, Xətai Bağırov, İsa Atayev, Samir Həmzəyev, Nurlan Mehdizadə və Hadı Əhmədinin adı daxil edilib.
Bu gün keçiriləcək AEK – “Araz” qarşılaşması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi 1 oyunla müəyyənləşəcək.